`Qarabağ` - `Mordoviya` başlama vaxtı

23 İyn 2013
`Qarabağ` - `Mordoviya` başlama vaxtı
`Qarabağ`ımız Qızılcahamamda təlim-məşq toplanışını davam etdirir. Hazırlığın bugünü də proqramda istirahət vardı. Belə də komandamız Ankaraya yollanıb və gününü paytaxtda keçirib.
Xəbər verdiyimiz kimi, `Qarabağ`ımız sabah `Mordoviya` ilə qarşılaşacaq. Rusiya təmsilçisi ilə ilk oyunumuz yerli vaxtla 18:00-da (Bakı vaxtıyla 20:00) olacaq.
Digər oyun isə 27-nə planlaşdırılıb.