“QARABAĞ” MÜAYİNƏDƏN KEÇDİ

single-news
18 Yan 2008

“QARABAĞ” MÜAYİNƏDƏN KEÇDİ



“Qarabağ” Antalyada keçirdiyi təlim-məşq toplantısında ilk dəfə bu günü istirahətdə keçirdi. Əgər buna istirahət demək olarsa. Belə ki, bu günə məşq təyin olunmasa da komandamız səhər tezdən Antayanın mərkəzinə yola düşdü. Belə ki, komandamız ənənəvi olaraq hər təlim-məşq vaxtı olduğu kimi yenə də tibbi müayinədən keçməliydi.  Saat 09:30-da komandamız Antaynın məşhur “An-Deva” xəstəxanasında idi. İki qrupa bölünən futbolçular xəstəxananın iki korpusunda növbəylə kordiologiya, urologiya, göz-katarakt, endiskologiya və ya başqa sözlə təpədən-dırnağa müayinədən keçdilər. Həkimlərin futbolçuların sağlamlığı haqqında xoş xəbəri hamını məmnun etdi. Təxminən, 2 saat sürən müayinədən sonra komandamız Antalyanın səfalı yerlərinin birində yerləşən, dənizkənarındakı restoranların birində günorta yeməyinə toplaşdılar.

Yeməkdə bizi xoş bir sürpriz gözləyirdi. Ötən mövsüm “Qarabağ”ın şərəfini qorumuş, hal-hazırda Türkiyədə futbol həyatını davam etdirən Hakan Dəmir bizi restoranda qarşıladı. Komanda heyətlə səmimi görüşən Demir yeməkdən sonra bizimlə sağollaşdı.

Günün ikinci yarısında isə komanda Antalyanın görməli yerlərini təxminən 3 saat dolaşdıqdan sonra otelə geri döndü.

Antalyada keçən gündən XATİRƏLƏR

Paylaş

// pop up