`Qarabağ` - `Muğan`. 2:0. Növbəti qələbə
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5211.jpg)
`Qarabağ` - `Muğan`. 2:0. Növbəti qələbə
`QARABAĞ`: Fərhad Vəliyev (k), Aftandil Hacıyev, Maksim Medvedev, Rəşad Sadiqov, Zaur Haşimov, Namiq Yusifov, Emin İmaməliyev, Elvin Məmmədov, Ansi Aqolli, Andrey Rubins, Rauf Əliyev
`MUĞAN`: Amil Ağacanov (k), Miloş Zeçeviç, Novruz Məmmədov, Taqim Novruzov, Tural Axundov, Saşko Pandev, Zaur Əsədov, Ekrem Hodziç, Anxel Qutyerres, Cavad Mirzəyev, Reis Kladuni
Hakimlər: Ceyhun Haşımov, Elşən Acalov, İlham Əliyev, Anar Salmanov
1`- Oyun başlayır
2`- Oyunda ilk künc zərbəsini `Qarabağ`dan Emin yerinə yetirir.
3`- Elvin irəliləyir, lakin hücumun qarşısı alınır
5`- `Qarabağ` hücumu... Emin Raufada ötürməsi, lakin Rauf topa çatmır. Lakin hücum davam edir, Raufun qapıya doğru zərbəsi, lakin qapıçı topu dəf edir
9`- `Muğan` hücumu... Lakin hücumun qarşısı alınır
13`- `Qarabağ` hücumu.. Aqollinin cərimə meydançasındakı Raufa ötürməsi, Raufun başla qapıya zərbəsi, lakin qapıçı topu dəf edir
16`- Aqolli cərimə zərbəsini yerinə yetirir, lakin nəticəsizdir
18`- `Qarabağ` hücumu... Lakin qayda pozulur. Emin cərimə zərbəsini yerinə yetirir, qapıya doğru zərbə, lakin top qapını üstündən keçir
20`- `Qarabağ` hücumu... Elvin sürətlə irəliləyir, lakin o topu itirir. Hücum davam edir, Emin irəliləyir, lakin top meydandan çıxır
24`- `Muğan`ın əks hücumu... Lakin `Muğan` oyunçusu oyundan kənar vəziyyətdə olur
25`- `Qarabağ` hücumu... Eminin qapıya doğru qüvvətli zərbəsi, lakin top qapıdan aralı keçir
28`- Aqollinin Rəşad Sadiqova ötürməsi, Lakin Rəşad topu itirir
29`- Emin künc zərbəsini yerinə yetirir, lakin top uzaqlaşdırılır
30`- `Muğan` əks hücumu... lakin hücumun qarşısı alınır
33`- Emin İmaməliyev zədələnir
34`- Aqolli cərimə zərbəsini yerinə yetirir, qapıya doğru qüvvətli zərbə, lakin qapıçı topu dəf edir
36`- `Muğan`ın əks hücumu... Tural Axundovun apıya doğru zərbəsi, lakin Fərhad topu tutur
39`- `Qarabağ` hücumu... Elvinin uzaqdan qapıya doğru zərbəsi, lakin müdafiəçilər zərbənin qarşısını alır
40`- Hücum davam edir... Rəşad Sadiqovun cərimə meydançasının iti küncdən qapıya doğru gözəl zərbəsi.. və top qapıdan keçir. QOOOOOOOOOL!. Hesab açılır
43`- `Muğan` hücumu.. lakin hücumun qarşısı alınır
44`- `Qarabağ`da oyunçu dəyişikliyi.. Vüqar Nadirov Emin İmaməliyevi əvəzləyir
45`- `Qarabağ` hücumu... cərimə meydançasına ötürmə, lakin topa çatan olmur
45+1`- `Muğan` hücumu... Lakin müdafiəçilər zərbənin qarşısını alır. İlk hissə bitir
46`- İkinci hissəyə `Qarabağ` hücumla başlayır. Vüqar Nadirovun qapıya doğru zərbəsi və top qapıdan keçir... lakin hakim ofsayt olduğunu bildirir
49`- Növbəti hücum... Vüqarın hücumunun qarşısını Ekrem Hodziç alır
50`- Maksimin Vüqara ötürməsi, lakin ötürmə bir qədər sürətli olur və Vüqar topa çatmır
52`- Aqollinin qapı qarşısına ötürməsi, lakin Raufun zərbəsinin qarşısı alınır. Hücum davam edir... Rəşadın qapı qarşısındakı Elvinə ötürməsi, Elvinin qapıya doğru zərbəsi, lakin top qapının üstündən keçir
53`- Taqim Novruzov kobud oyuna görə sarı vərəqə alır
59`- `Qarabağ`ın əks hücumu... Aqollinin sol cinahdan qapı qarşısına ötürməsi, Vüqarın qapıya doğru zərbəsi və top qapıdan keçir. QOOOOOOOL! Hesab 2-0
63`- Daha bir hücum.. Aqolli irəliləyir... Aqollinin qapı qarşısına ötürməsi, lakin Vüqar topa zərbə endirə bilmir
64`- `Qarabağ`da oyunçu dəyişikliyi... Elvin Məmmədovu Devran Ayhan əvəzləyir. `Muğan`da oyunçu dəyişikliyi... Saşko Pandevin yerinə Bahadur Məmmədov oyuna daxil olur
67`- `Muğan` cərimə zərbəsini yerinə yetirir. Medvedev topu meydandan çıxarır
72`- `Muğan` hücumu... lakin hücumun qarşısı alınır
75`- Qutyerresin qapıya doğru zərbəsi, Fərhad Vəliyev topu dəf edir
77`- `Qarabağ` hücumu... lakin Rəşad Sadiqov ofsayta düşür
79`- `Qarabağ`da sonuncu oyunçu dəyişikliyi... Zaur Haşimovu Samir Abbasov əvəzləyir
81`- Rauf Əliyev irəliləyir, o topu itirir
82`- `Muğan` hücum qurmağa çalışır. Qutyerresin qapıya doğru zərbəsi... lakin zərbə zəif və qeyri dəqiq olur
83`- Devran Ayhan kobud oyuna görə sarı vərəqə alır
85`- Komandamızın hücumu... Rauf Əliyev irəliləyir, lakin o topu itirir
86`- Hücum davam edir... Raufun qapıya doğru təhlükəli zərbəsi... lakin qapıçı topu dəf edir
88`- Aftanadil Hacıyevin uzun ötürməsi, Rauf sürətlə irəliləyir, lakin o topa çatmır
89`- Vüqar sürətlə irəliləyir, lakin ona qarşı qayda pozulur
90`- Aqolli cərimə zərbəsini yerinə yetirir, lakin top uzaqlaşdırılır. Hücum davam edir, qapıya doğru zərbə, lakin qapıçı topu dəf edir
90+1`- İkinci hissəyə 3 dəqiqə əlavə olunur
90+2`- `Qarabağ`ın əks hücumu.. Raufun ötürməsi, Vüqarın qapıya doğru zərbə, top çıx az fərqlə qapının yanından keçir
90+4`- Növbəti hücumumuz... Rauf sürətlə irəliləyir, lakin topu özündən cox irəli buraxır. Və hkim oyunu bitirir