"Qarabağ" "Nant"ı 3 qolla məğlub etdi
16 Sen 2022
"Qarabağ" "Nant"ı 3 qolla məğlub etdi
Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda Fransanın "Nant" klubunu qəbul edib.
Qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Kvabena Ovusu, Abdullah Zubir və Marko Yankoviç vurublar.
"Qarabağ" növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.