`Qarabağ` - `Neftçi`. 0:0

single-news
1 Apr 2012

`Qarabağ` - `Neftçi`. 0:0



Ağdam rayonu, Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Mübariz Haşımov, Fuad Həsənov

“Qarabağ”: 99. Boyan Pavloviç, 4. Zaur Həşimov, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 19. Muarem Muarem, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov

“Neftçi”: 1. Rauf Mehdiyev, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavio Aleks Valensio, 14. Bahadır Nəsimov, 15. Ruslan Abışov (k), 16. Alessandro Viana da Silva, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 27. Rəşad Abdullayev

1`- Oyun başlayır
3`- `Neftçi` cərimə zərbəsi yerinə yetirir, Pavloviç topu dəf edir
5`- `Qarabağ` hücumu.. Əfranın qapı qarşısına ötürməsi, lakin top qapıçıda qalır
6`- `Qarabağ`ın əks hücumu… Rəşadın Raufa ötürməsi, Raufun qapıya doğru zərbəsi qeyri dəqiq olur, top qapının üstündən keçir
9`- Komandamızın ardıcıl təhlükəli hücumları.. lakin qapıya zərbə olmur. Əvvəlcə Rauf, daha sonra Muarrem qapıya zərbə endirə bilmir
12`- `Neftçi` hücumu.. Qapı qarşısına ötürmə və top meydandan çıxır
17`- Qapı qarşısındakı Muarremə ötürmə, lakin Muarem topu itirir
19`- `Neftçi` cərimə zərbəsi yerinə yetirir, Pavloviç topu asanlıqla topu tutur
20`- Muarremin qapıya doğru zərbəsi, qapıçı çətinliklə topu dəf edir
21`- Vaqif künc zərbəsi yerinə yetirir, lakin top uzaqlaşdırılır
24`- Rauf cərimə meydançasına daxil olur, lakin rəqib ona qapıya zərbə endirməyə imkan vermir
26`- Maksim sürətlə irəliləyir… onun Əfrana ötürməsi, lakin Əfran qapıya zərbə endirmək üçün gecikir
28`- Vaqif künc zərbəsi yerinə yetirir, qapıçı topu dəf edir, qayıdan topa Əfranın sol ayaqla zərbəsi istənilən kimi omur
29`- `Qarabağ`ın əks hücumu… Raufun Əfrana ötürməsi sürtəli olur və Əfran topa çata bilmir
31`- Bahadır Nasimov topla mübarizədə yıxılır, hakim heç nədən cərimə zərbəsi təyin edir
32`- `Neftçi` cərimə zərbəsi yerinə yetirir, Əfran topu uzaqlaşdırır
36`- `Neftçi`nin qapıya doğru zərbəsi.. top qapıdan xeyli aralı keçir
38`- `Qarabağ` hücumu.. Əfran topa çatsa da onun meydanda saxalaya bilmir
41`- Daha bir sağ cinahda Əfrana ötürmə, lakin Əfran rəqiblə mübarizədə topu itirir
44`- Əfranın qapıya doğru qüvvətli zərbəsi, lakin qapıçı 2 cəhdlə topu tutur
45`- Muarremin Əfrana ötürməsi, Əfranın qapıya doğru zərbəsi, lakin top qapıdan aralı keçir
45+1`- İlk hissə bitir
46`- İkinci hissə başlayır
49`- `Qarabağ` hücumu… Maksimin Adamiyaya ötürməsi, Adamiyanın sola ayaqla zərbəsi qeyri dəqiq olur
50`- Daha bir hücum.. Muaremin qapıya doğru zərbəsi, lakin top qapıçının üzərinə gedir
51`- Əfran künc zərbəsi yerinə yetirir, lakin Rəşad qapıya zərbə endirə bilmir
54`- `Neftçi` cərimə zərbəsi yerinə yetirir, Aqolli top uzaqlaşdırır
57`- `Qarabağ`ın əks hücumu.. Hakim ofsayt olduğunu bildirir. Halbuki heç bir ofsayt yox idi. Hətta etiraza görə Adamiyaya sarı vərəqə göstərir
60`- Aqolli sürətlə irəliləyir, onun qapı qarşısına ötürməsi, lakin rəqib topu uzaqlaşdırır
62`- Rəşadın qapıya doğru qüvvətli zərbəsi, qapıçı çətinliklə topu dəf edir, dönən topa Vaqif zərbə endirmək üçün gecikir
65`- Ardıcıl `Qarabağ` hücumları… lakin nəticəsizdi
67`- Əfran künc zərbəsi yerinə yetirir, lakin top meydandan çıxır
69`- `Neftçi`də oyunçu dəyişikliyi.. Mirhüseyn Seyidovu Cavid Hüseynov əvəzləyir
71`- Cavid Hüseynov sarı vərəqə alır
72`- Əfranın qapıya doğru zərbəsi, lakin top qapıdan aralı keçir
73`- `Neftçi` oyunun tempini aşağı salmağa çalışır
76`- Namiq Yusifovun cərimə meydançasındakı Əfran ötürməsi, lakin Əfran topa çata bilmir
79`- `Neftçi` yenə cərimə zərbəsi yerinə yetirir, top qapıdan xeyli aralı keçir
80`- Vaqif sürətlə irəliləyir, onun Adamiyaya ötürməsi, Adamiyanın Muaremə ötürməsi, lakin Muarremin qapıya doğru zərbəsi qeyri dəqiq olur
81`- `Qarabağ`da oyunçu dəyişikliyi.. Vaqif Cavadovu Bəxtiyar Soltanov əvəzləyir
84`- `Qarabağ`ın əks hücumu… Muarremin Aqolliyə ötürməsi, lakin Aqollinin qapı qarşısına ötürməsi qeyri dəqiq olur
86`- Qarabağ`da son oyunçu dəyişikliyi.. Maksimi İlqar Qurbanov əvəzləyir
88`- `Neftçi`də oyunçu dəyişikliyi.. Rəşad Abdullayevi Emin Mehdiyev əvəzləyir
89`- Əfran sürətlə irəliləyir, o rəqiblərini keçərək cərimə meydançasına daxil olur, lakin ona qarşı kobud oynanılır, lakin hakim isə davam işarəsi verir
90+1`- Əfrana ötürmə, Lakin Əfran 4 rəqibinin əhatəsindən çıxa bilmir
90+2`- `Neftçi`də son oyunçu dəyişikliyi… Flavinyonu Fərid Quliyev əvəzləyir
90+3`- `Qarabağ` hücumu.. Lakin hücum tamamlanmamış hakim oyunu bitirir. Oyun 0-0 hesabı ilə bitir




Paylaş

// pop up