`Qarabağ` - `Neftçi`. Darmadağınla...3:0

single-news
13 May 2011

`Qarabağ` - `Neftçi`. Darmadağınla...3:0



`QARABAĞ`:  Fərhad Vəliyev (k), Maksim Medvedev, Rəşad Sadiqov, Namiq Yusifov, Rəşad Sadıqov, Vüqar Nadirov, Nderim Nedzipi, Əfran İsmayılov, Admir Teli, Ansi Aqolli, Georgi Adamiya

Baş məşqçi:  Qurban Qurbanov

`Neftçi`:  Elçin Sadıqov, Denis Silva, Yasin Hima, İqor Mitreski, Slavko Georgiyevski, Bohadir Nasimov, Araz Abdullayev, Ruslan Əmircanov, Mirhüseyn Seyidov, Tərlan Quliyev, Rəşad Abdullayev (k)

Baş məşqçi:  Arif Əsədov

1`- Oyun başlayır

2`- Vüqarın qapıya doğru zərbəsi... lakin top qapının yanından keçir

5`- Ansi Aqollinin qapı qarşısına ötürməsi və Adamiya topu başla qapıya göndərir, QOOOOOL! hesab açılır

9`- Komandamızın hücumu... Vüqar sürətlə irəliləyir, qapı qarşısına ötürməsi, lakin topa zərbə endirmək mümkün olmur

11`- `Neftçi`hücumu... Rəşad Abdullayevin qapıya doğru zərbəsi və top qapıdan xeyli aralı keçir

13`- `Qarabağ` hücumu... Adamiya topu qapıdan keçirir. QOOOOOOOOOOL! Hesab 2:0

16`- Rəşad Sadıqov sürətlə irəliləyir, qapıya doğru zərbə, qapıçı topu dəf edir

18`- `Neftçi` cərimə zərbəsini yerinə yetirir. Qapıya doğru zərbə, və Fərhad Vəliyev topu dəf edir

19`- `Neftçi` künc zərbəsini yerinə yetirir, müdafiəçilər topu uzaqlaşdırır

22`- Daha bir hücumumuz... Əfranın Adamiyaya ötürməsi, lakin ötürmə bir qədər sürətli olur

23`- `Neftçi` hücumu... Araz Abdullayevin qapıya doğru zərbəsi və Fərhad topu dəf edir

29`- Rəşad Sadiqova qarşı qayda pozulur. Vüqar Nadirov cərimə zərbəsini yerinə yetirir, qapıya doğru zərbəsi o qədər də qüvvətli olmur və qapıçı topu tutur

31`- Qapı qarşısına uzun ötürmə...Vüqar qapıçı ilə təkbətəkdi, lakin  qapıçı topa Vüqardan daha tez çatır

33`- Daha bir təhlükəli hücum... Əfran sürətlə irəliləyir, Adamiyaya ötürməsi, lakin müdafiəçilər topu meydandan çıxarır

34`- Nedzipinin qapıya doğru qüvvətli zərbəsi, lakin top qapıdan çox az fərqlə aralı keçir

35`- Nedzipidən Rəşad Sadiqova gözəl ötürmə... Rəşadın Adamiyaya ötürməsi, lakin Adamiya qapıya zərbə endirməyə gecikir

36`- Araz Abdullayev sarı vərəqə alır

38`- `Neftçi`də oyunçu dəyişikliyi... Mirhüseyn Seyidovu Cavid İmamverdiyev əvəzləyir

41`- `Neftçi`nin hücumu... qapıya doğru  zərbə və Fərhad asanlıqla topu tutur

42`- Ruslan Qurbanov sarı vərəqə alır

45`- Maksimdən Vüqara gözəl ötürmə, Vüqarın Əfrana ötürməsi.. lakin Əfran topa çatmır

45+1`- Daha bir hücum... Adamiyanın Rəşad Sadiqova, Rəşadın Əfrana ötürməsi... lakin Əfran topu itirir. Hakim ilk hissəni bitirir

46`- İkinci hissə başlayır. Rəşad Sadiqovun qapı qarşısındakı Əfrana ötürməsi... Əfran demək olar ki, yüz failik qol şansından istifadə edə bilmir,  zərbə vurmaq üçün gecikir

47`- Rəşad Sadiqova qarşı Yasin Hima kobud oynayır, ona tibbi yardım göstərilir və hakim penalti təyin edir

49`- Adamiya penaltini yerinə yetirir və top qapıdan keçirir, QOOOOOOOOOL! Hesab 3:0

52`- `Qarabağ` hücumu..  Adamiya az qala 4-cü topu qapıdan keçirəcəkdi, amma müdafiəçilər ona mane olur

56`- `Neftçi`də sonuncu oyunçu dəyişikliyi... Yasin Himanı Amit Quluzadə əvəzləyir

61`- `Qarabağ`da ilk oyunçu dəyişikliyi... Nedzipini Devran Ayhan əvəzləyir

62`- `Neftçi` cərimə zərbəsini yerinə yetirir, qapıya doğru zərbə və top qapının yanından keçir

64`- Aqollini qapı qarşısına ötürməsi, lakin qapıçı Əfrana zərbə endirməyə imkan vermir

65`- Adamiya qapıçı ilə təkbətək qalır, qapıya doğru zərbə, lakin son anda müdafiəçilər topu qapıya girməyə qoymur. Qayıdan topu Vüqar boş qapıya göndərə bilmir

68`- Maksim zədələnir

70`- `Qarabağ`da oyunçu dəyişikliyi... Vüqar Nadirovu İlqar Qurbanov əvəzləyir

73`- Adamiyanın Devran Ayhan ötürməsi, lakin müdafiəçilər topu meydandan çıxarır. Hakimə etiraza görə Devran Ayhan sarı vərəqə alır

79`- `Neftçi` cərimə zərbəsini yerinə yetirir və top meydandan çıxır

81`- `Qarabağ`da sonuncu oyunçu dəyişiliyi... Adamiyanı Rauf Əliyev əvəzləyir

82`- Növbəti təhlükəli hücumumuz... Əfran sürətlə irəliləyir, Əfranın qapıya doğru zərbəsi, lakin top qapı  tirinə dəyir

84`- Daha bir hücum... Raufun qapıya doğru zərbəsi, qol üçün demək olar ki, çox az dəqiqlik çatmır və top qapının lap yanından keçir

87`- Devran Ayhanın Əfrana ötürməsi.. Əfran 2 rəqibini keçir, Rəşad Sadiqova ötürmə, lakin Rəşad topu itirir

90`- Əfrandan gözəl hərəkətlər, lakin son ötürmə sürətli olur

90+1`- Əfranın qapı qarşısına ötürməsi, lakin Devran Ayhan topa toxunsa da, ona zərbə endirməyə imkan vermirlər

90+2`- `Neftçi` hücumu... Fərhad topu dəf edir

90+3`- Hakim oyunun bitdiyini bildirir

Paylaş

// pop up