"Qarabağ" - "Neftçi" görüşünü əcnəbi hakimin idarə etməsini istəyirəm""Qarabağ" - "Neftçi" görüşünü əcnəbi hakimin idarə etməsini istəyirəm` (sportal.az)

"Qarabağ" - "Neftçi" görüşünü əcnəbi hakimin idarə etməsini istəyirəm""Qarabağ" - "Neftçi" görüşünü əcnəbi hakimin idarə etməsini istəyirəm` (sportal.az)
Rəşad Sadiqov: "Kubokun finalına çıxıb uduzmaqdansa, yarımfinalda uduzmağı üstün tuturam"
"Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqovun Sportal.az saytına müsahibəsi
- "Neftçi" ilə qarşılaşacağınız oyun mövsümün həlledici görüşlərindən biri sayılır. Bu mövsüm siz "ağ-qaralar"la 5 dəfə qarşılaşmısınız. Üç matçda qalib gəlmisiz, bir oyunda məğlub olmusuz və birində heç-heçə etmisiz. Demək olarmı ki, bu oyun çempionluq məsələsini həll edəcək?
- Bu, çempionluq məsələsini həll etməyəcək. Bu oyun çempionluqda ya davam, ya da ola bilər ki, tamam olsun. Aydın məsələdir ki, məğlub olacağımız təqdirdə, çətin olacaq. Biz bərabər qalsaq və ya qələbə qazansaq, çempionat davam edəcək. Qarşıda hələ "altılığ"ın 3 oyunu var. Bütün oyunlara necə hazırlaşırıqsa, bu oyuna da elə hazırlaşırıq. Məşqçilər tərəfindən iki gün bizə istirahət verilmişdi. Bu gün yığışırıq və məşqlərə başlayırıq. Hazırlaşırıq. Biz başa düşürük ki, 6-cı oyun olacaq. Rəqiblər artıq bir-birini yaxşı tanıyır. Burda səhvlərdən və fürsətlərdən kim yaxşı istifadə etsə, o komanda qələbə qazanacaq.
- Bu oyun sənin üçün adi oyunlardan biri kimi qəbul olunur?
- Bu, mənim üçün adi oyun deyil. Çempionatın vacib oyunlarından biridir. "Neftçi" kimi rəqiblə, liderlə oynayırıq. Üç xal fərqimiz var. Biz çox bunu şişirtmirik. Hər şey bu oyunda həll olunur, belə olur. Bu oyuna belə hazırlaşmırıq. Bu, ancaq adi oyun deyil. Həmişə hazırlaşdığımız kimi hazırlaşırıq.
- Bəzi mütəxəssislər bu oyunda "Neftçi"ni üstün hesab edir. Sən necə fikirləşirsən?
- Psixoloji cəhətdən "Neftçi" üstündür. Belə baxanda "Neftçi"yə bərabərlik də sərf edir. Biz də onları qovalayan tərəfik. Həmişə qovalamaq çətin olur. Ola bilər ki, məğlub olacağımız halda, çox şey həll olunsun. Ona görə də psixolji cəhətdən "Neftçi" üstündür. Belə də ki, "Neftçi" çempionatın favoritidir. Bunu çempionatın əvvəlindən demişəm. "Neftçi" çempionatın güclü komandasıdır. Çempionatın ən güclü komandasına qarşı oynayacağıq. Biz hazırlaşırıq. Əlimizdən gələni edəcəyik ki, nəticə inşallah, yaxşı olsun.
- "Qarabağ" qalib gələrsə, sən komandanı çempion kimi görəcəksən?
- Xeyr. Hələ qabaqda 3 oyun var. Çempion olmağa kim zəmanət verə bilər? "Neftçi" qalib gəlməsə, son tura qədər mübarizə gedəcək. Qalib gəlsək, heç kim deyə bilməz ki, nəsə olacaq. Qarşıda bizim 3 oyunumuz var.
- Bu oyun heç-heçə olsa, "Neftçi"ni çempion saymaq olarmı?
- Heç-heçə olsa da, mübarizə davam edir. Üstünlük şəxsi oyunlarımıza görə bizim tərəfimizdədi. Şəxsi oyunlara görə biz irəlidə olacağıq. Xal eyni olarsa, biz qabağa keçəcəyik. Bu futboldur. Hər şey ola bilər. Biz "Neftçi"yə qarşı oynayırıq. Biz tələsmədən, irəli atılmadan oynayacağıq. Ağıllı oyun oynamaq lazımdır.
- Heç-heçə olsa, siz "Neftçi"nin rəqiblərinə ümid edəcəksiniz. Belə demək olarmı?
- Bu aydın məsələdir. Mən ehtimalı deyirəm. Görək, necə olacaq. Vaxt hər şeyi göstərəcək.
- Kubokun finalına çıxmadığınıza görə üzülürsən?
- Qismət belədir. Kubokun finalına çıxıb uduzmaqdansa, yarımfinalda uduzmağı daha üstün tuturam. Çox istəyirdik ki, finala çıxaq. "Neftçi" əlinə düşən fürsətlərdən yaxşı istifadə etdi və qələbə qazandı. Yaxşı mübarizə oldu. Hər iki komanda finala layiq idi.
- "Neftçi" rəsmiləri oyunun əcnəbi hakim tərəfindən idarə edilməsinin tərəfdarıdır. Sən bu barədə nə deyə bilərsən?
- İstəyərəm ki, öz hakimlərimiz idarə etsin. Bu söz-söhbətlərə görə istəyirəm. Hakimləri təzyiq altında saxlamaq, bu da bir taktiki gedişdir. Görürsən ki, bəzi komandalar hakimləri təzyiq altında saxlayır. Bu oyunlar da hakimə təsir edir. Kiminsə xeyrinə yanlış qərar qəbul etməkdən qorxurlar. Ona görə də təsir edir. Mən onun tərəfdarıyam ki, heç kim hakimlərə təzyiq etməsin. Hakimlər nə bacarırsa, onu da etsinlər. Hamının xeyrinə çempionatda çox səhvlər olub. Adam hər şeyi danışmaq istəmir. Neçə illərdir ki, səhvlər olur. Ona qalsa, əvvəlki illərdə heç kim əcnəbi hakim istəməyib. Mən şəxsən istəyirəm ki, əcnəbi hakim gəlsin. Bu söz-söhbətlər olmasın.
- Səncə, fikirləşmirsən ki, "Qarabağ" kubokun ilk oyununda hakimə görə uduzdu?
- Hər şey göz qabağındadır. Heç nə danışmaq istəmirəm. Biz hakimlikdən onsuz da danışmırıq. Hamı bilir ki, oyunda "qırılma" nöqtəsi harda oldu. Biz 1:0 irəlidə idik. Oyunun harda "qırıldığı" hamıya məlumdur. Biz hakimlikdən danışmırıq. Mən razıyam ki, əcnəbi hakim gəlsin.
Adil MİRZƏZADƏ