"QARABAĞ" - "NEFTÇİ" - NİZAM İNTİZAM KOMİTƏSİNİN QƏRARI
5 May 2006
"QARABAĞ" - "NEFTÇİ" - NİZAM İNTİZAM KOMİTƏSİNİN QƏRARI
Nizam-İntizam Komitəsinin qərarına əsasən Azərbaycan Kubokun ½ final görüşündə “Qarabağ” – “Neftçi” oyununda qonaq komandanın vitse-prezidenti Ramin Musayev hakimləri təhqir etdiyinə görə (maddə 53) 10 oyunluq texniki zonadan diskvalifikasiya edilib və klub 8 000 manat cərimələnib.
Həmin oyunda “Neftçi” komandasının oyunçusu Vadim Borets və “Qarabağ” komandasının futbolçusu Aslan Kərimov bir birini vurduğuna görə (maddə 48) 2 oyunluq kənarlaşdırdılar və hər iki klub 2 000 manat cərimələnib.
T. İsmayılov adına stadiona “Neftçi” futbol klubunun azarkeşləri tərəfindən vurulan ziyanın aradan qaldırılması “Neftçı” futbol klubuna həvalə olunub.
“Neftçi” futbol klubunun mühafizə xidməti əməkdaşlarının stadionun nəzərdə tutulmayan yerlərində dayanması ilə bağlı klub rəhbərliyinə xəbərdarlıq edilməklə bunun təkrarlanmaması tövsiyə olunub.
Suraxanı rayon polis idarəsinin rəhbərliyinə rəsmi məktubla müraciət edilməklə həmin oyunda təhlükəsizlik qaydalarını lazımı səviyyədə yerinə yetirilməməkləri nəzərlərinə çatdırılsın.
AFFA-nın Hakimlər və Hakim-inspektorlar Komitələrinə oyunun hakim və inspektoruna qiymət verilməsi tapşırılıb.
(MƏNBƏ: AFFA RƏSMİ SAYTI)