"QARABAĞ" - "NEFTÇİ" : OYUN ÖNCƏSİ . . .

single-news
20 Noy 2006

"QARABAĞ" - "NEFTÇİ" : OYUN ÖNCƏSİ . . .



Ölkə Kubokunun 1/8 final mücadiləsi çəçivəsində mərkəzi oyun Suraxanı qəsəbə stadionunda baş tutacaq. Əzəli rəqib, əbədi dostlar - "Qarabağ" "Neftçi"nı qəbul edəcək. Ötən il olduğu kimi, bu il də bu rəqiblər dörd dəfə üz-üzə gəlmək məcburiyyətindədirlər. Ötən kubokun yarımfinalında üzləşmiş rəqiblər bu dəfə daha tez - 1/8 finalda qarşılaşacaqlar. Bu klublar cari çempionatda bir dəfə qarşılaşmış və sülhlə ayrılmışlar. T.Bəhramov adına Respublika stadionunda oyun qolsuz bərabərliklə başa çatmışdır. Kubokda isə, çempionatdan fəırqli olaraq sülh qəbulolunmazdır. Tərəflərdən yalnız biri 1/4 finala adını yazmalıdır. Bu səbəb qarşılaşmanı daha da gərginləşdirir. Oyun öncəsi "Qarabağ"ın bəzi aparıcı futbolçularının fikirlərini diqqətinizə çatdırırıq: Cahangir Həsənzadə : Kubokun sahibi kimi kubokda mübarizə apardığımızdan digər klublar bizə qarşı daha məsuliyyətlə hazırlaşırlar. 1/8 finalda ən gərgin oyun da bizim "Neftçi" ilə oyunumuzdur. Kubokun başlanğıcında belə rəqiblə qarşılaşmaq əlbətdə ki çətindir. Lakin rəqibin bizimlə düşməsi onlar üçün də arzuolunmaz olduğunu düşünürəm. Püşkdür, rəqibin kimliyindən asılı olmayaraq titulumuzu qorumağa çalışacağıq..." Aslan Kərimov: "Neftçi" futbolumuzun flaqmanıdır. Bu rəqibə qarşı hər bir oyun gərginliyi ilə yadda qalmışdır. Proqnoz verməyərək, hər şeyə meydanda aydınlıq gələcəyini demək istəyirəm..." Romal Hüseynov: "Cəza üzündən ötən oyunu tribunadan izlədim və bu mənə çox pis təsir elədi. Qısa müddət keçməsinə baxmayaraq, meydan üçün çox darıxdım. Bütün bacarığımı ortaya qoyaraq komandamın qələbə qazanmasına çalışacağam..." Sergey Sokolov: "Mən də ötən iki oyunda komandama kömək edə bilmədim. Öz səhvin üzündən komandamı pis vəziyyətə qoyduğumu dərk edirəm. Amma bütün bunların arxadı qaldığını deməklə, bildirmək üstəyirəm ki, hər şey edəcəyəm ki, "Qarabağ"a faydalı olum. İlk belə şans flaqmanladır..." Müşviq Hüseynov: "Komandada daha təcrübəli futbolçularımız ötən oyunun hakim qərəzini uşaqların yaddaşından silməyə çalışdı. İnanıram ki, bunun öhdəsindən gəlmişik və bütün diqqətimizi qarşıdakı oyuna yönəltmişik. Bu oyunda qələbə qazanaraq kubokda bu il də iddialı olduğumuzu ortaya qoymaq istəyirik! "

Paylaş