`Qarabağ` - `Neftçi` oyunu Quzanlıda

5 May 2011
`Qarabağ` - `Neftçi` oyunu Quzanlıda
`Qarabağ`ımız yenidən Quzanlıda. `Qarabağ` Futbol Klubu xüsusilə, Qarabağ camaatının arzusunu nəzərə alaraq Ağdam rayon icra hakimiyyətinin müraciətinə əsasən klublara ev oyunlarını keçirmək üçün müraciət ünvanlanmışdı. `Neftçi` Peşəkar Futbol Klubu Peşəkar Futbol Liqasına (PFL) müraciətində Premyerliqanın 31-ci turunda baş tutacaq `Qarabağ` - `Neftçi` oyununu Quzanlıda oynamağı razılıq verib. PFL-in də razılığı əsasında `Qarabağ` - Neftçi` oyununun Quzanlıda keçiriləcəyi məlum olub.
Beləliklə, Premyerliqanın Mayın 13-ündə baş tutacaq `Qarabağ` - `Neftçi` oyunu Quzanlıda keçiriləcək. Oyunun başlama saatı 16:00-a təyin olunmuşdur.
Beləliklə, Premyerliqanın Mayın 13-ündə baş tutacaq `Qarabağ` - `Neftçi` oyunu Quzanlıda keçiriləcək. Oyunun başlama saatı 16:00-a təyin olunmuşdur.