`Qarabağ` - `Neftçi`. Rəqəmlərin gözüylə...
`Qarabağ` - `Neftçi`. Rəqəmlərin gözüylə...
Sabah Azərbaycan premyerliqasında önəmli derbilərdən olan `Qarabağ` – `Neftçi` matçı baş tutacaq. `Qarabağ`la `Neftçi` arasındakı mücadilə daim öz rəngarəngliyi ilə seçilib. Görəsən statistika bu baxımdan nə vəd edir? İndiyə kimi 16 çempionatda qarşı qarşıya gələn tərəflər nə az nə çox düz 39 oyunda münasibətlərə aydınlıq gətirməyə çalışıb. Bu oyunların balansında komandamızın 11 qələbəsi gözə çarpır. “Neftçi” də 11 dəfə qələbəni bayram edib.. İlk dəfə rəqibimizlə 1992-ci ildə qarşılaşmışıq. O zaman ilk matçda bərabərə qalsaq da, cavab görüşündə ilk qələbəni qazanmışıq. Növbəti 3 çempionatda rəqibə qələbə sevinci yaşamağa izin verməmişik. Bakılılar ilk dəfə 1994-1995 mövsümündə 3:2-lik qələbə qazanıblar.
Son illərdə isə `Qarabağ`ımız əzəli rəqibinə qarşı uğurlu seriya əldə edib. Belə ki, komandamız sonuncu dəfə `ağ-qara`lara 3 il bundan qabaq məğlub olub. 2007-ci ildə Suraxanıda qeydə alınan 2:0-lıq məğlubiyyət sonuncu olub. Maraqlıdı ki, `Neftçi`nin sonuncu qələbəsinin memarı hal-hazırda `Qarabağ`ımızın çalışdırıcısı Qurban Qurbanov olub.
Həmin görüşdən sonra tərəflər arasında çempionatda keçirilən 6 görüşdə komandamız rəqibə qələbə sevinci yaşatmamaqla yanaşı cəmi bir dəfə rəqibə qol vurma sevinci nəsib edib (2008/09, `Qarabağ` - `Neftçi` 1:1, Elmar Baxşıyev). Ötən mövsüm rəqiblə kubok çərçivəsində qarşılaşdığımız və seriyanı davam etdirdiyimizi nəzərə alsaq (1:0 və 0:0) `Qarabağ`ımızın `Neftçi`yə son 8 matçda yenilmədiyini və sadəcə 1 top buraxdığının şahidi olaraq.
Cari mövsüm isə tərəflər ilk dəfə oktyabrın 18-i qarşı-qarşı gəliblər. İndi `Tvente`nin şərəfini qoruyan Vaqif Cavadovun vurduğu qol komandamıza qələbə gətirib. Fevralın 20-ində baş tutan cavab görüşündə isə hesab açılmayıb.
Digər maraqlı məqam isə indiyə kimi çempionatda 39 dəfə qarşı-qarşıya gələn tərəflər məhz eyni sayda qələbə qazanıblar. Maraqlıdı ki, komandamız kubokda da rəqibini üstələsə də, hər iki turnirdə top fərqi `Neftçi`nin xeyrinədir.
QARABAĞ - NEFTÇİ
ÇEMPİONATLARDA
Çempionat Oyun Qələbə Heç-hecə Məğlubiyyət Top fərqi
17 39 11 17 11 28-36
KUBOKLARDA
Kubok Oyun Qələbə Heç-hecə Məğlubiyyət Top fərqi
6 12 5 4 3 7-9