`Qarabağ` `Neftçi` üçün 2 məşqlə
2 Apr 2013
`Qarabağ` `Neftçi` üçün 2 məşqlə
`Qarabağ`ımız `Neftçi`ylə oyunun hazırlıqlarına başlayıb. Premyerliqanın XXV turunda liderlə qarşılaşacaq komandamız `Qəbələ`ylə görüşdən sonra dərhal məşqlərə start verib. Bugünə komandamızın 2 məşqi nəzərdə tutulub. `Qarabağ`ımızın ilk çalışması 11:00-da baş tutub. 2-ci məşq isə 16:00-a nəzərdə tutulub. Məşqlər Suraxanı qəsəbə stadionu keçiriləcək.
`Qarabağ`ımızda Branimir Subaşiç və Vaqif Cavadov zədəsi davam edir. Adıçəkilən oyunçuların `ağ-qara`larla oyunu buraxacağı dəqiqdir. Əvəzində cəza üzündən `Qəbələ` ilə oyunu buraxan Vüqar Nadirov baş məşqçimiz Qurban Qurbanov şans verəcəyi təqdirdə `Neftçi`ylə görüşdə komandaya kömək edə biləcək.
Qeyd edək ki, `Neftçi` - `Qarabağ` görüşü Aprelin 6-sı, şənbə günü saat 17:00-da 8-ci kmdəki `Bakcell-Arena`da keçiriləcək.
