`Qarabağ` - `Neftçi`ni 1:0 məğlub etdi

single-news
12 Okt 2010

`Qarabağ` - `Neftçi`ni 1:0 məğlub etdi



`Qarabağ`ımız milli oyunlar səbəbindən yaranmış fasilədən maksimum yararlanmaq məqsədiylə `Neftçi`ylə yoxlama oyununda qüvvəsini sınayıb.  İdman Akademiyasının meydançasında baş tutmuş oyunda komandamız milli göndərdiyi futbolçularla yanaşı zədəli Əfran və Ayxanın xidmətlərindən məhrum idi.
Əsas komandanın 14 futbolçusundam məhrum olan komandamızın baş məşqçisi Qurban Qurbanov əvəzedici heyətdən də futbolçmuların xidmətindən yararlandı. Komandamız `Neftçi`ylə oyunda bu heyətlə meydana çıxmışdı: Osman Umarov, Zaur Həşimov, Aftandil Hacıyev, Namiq Yusifov, Emin İmaməliyev, Dövran Ayhan,  Aslan Kərimov, Ayaz Mehdiyev,  Rəşad Kərimov, Georgi Adamiya, Murad Səttarlı.
`Neftçi` oyuna daha yaxşı başladı. Xüsusilə, Rəşad Abdullayev 2 dəfə fərqlənməyə yaxın oldu.  Lakin 10-cu dəqiqədən etibarən komandamız oyunu bərabərləşdirməyə başladı.  Xüsisilə, Qurban müəllimin şans verdiyi gənclər – Ayaz və Murad fəallığı ilə diqqəti cəlb edirdi.
Qolumuzu isə Adamiya vurdu. Georgi öncə epizodların birində təkbətəkdən yararlana bilmədi. 29-cu dəqiqədə isə`Adam`  cərimə meydançasının üzərindən topu `9`-luğa göndərdi.
2-ci yarıda komandaların fərqlənmək şansı olsa da, oyunda başqa qol olmadı və komandamız 1:0-lıq qələbə qazandı.

Paylaş

// pop up