"Qarabağ" "Neftçi"ni arxada qoydu (fanat.az)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
"Qarabağ" "Neftçi"ni arxada qoydu (fanat.az)
Cari mövsümün rekordu müəyyənləşdi
Fanat: "Qarabağ" cari mövsümün qələbə seriyasını yeniləyib. Fanat.az xəbər verir ki, Ağdam klubu ardıcıl 6 oyunda qələbə qazanmaqla yeni rekorda imza atıb.
Qeyd edək ki, cari mövsümün rekordu "Neftçi"yə məxsus idi. Paytaxt klubu 2-6-cı turlarda ardıcıl 5 qələbə qazanmaqla ən uzun seriyaya sahib klub idi. "Qarabağ" isə ardıcıl 6 oyunda qələbə qazanmaqla "Neftçi"nin seriyasını qırıb.
6 oyundu qələbə qazanmaqla cari mövsüm yeni rekorda imza atıb. Qeyd etdiyimiz göstəriciylə `Qarabağ`ımız "Qarabağ" bu müddət "İnter" (1:0), "Muğan"ı (2:0), "Simurq"u (1:0), "Xəzər Lənkəran"ı (2:1), "Qəbələ"ni (3:0) və "Gəncə"ni (1:0) məğlub edib. Ardıcıl 6 qələbəylə 4-cü sıraya yüksələn komanda eyni zamanda müdafiə xəttindəki uğuruyla da diqqət çəkir. Belə ki, Ağdam klubu 6 oyunluq qələbə seriyasına imza atdığı oyunlarda qapısında cəmi 1 qol görüb ki, buna da "Xəzər Lənkəran" nail olub. "Qarabağ" sonuncu dəfə noyabrın 28-də, 15-ci turun oyununda "Neftçi"yə uduzub.