"QARABAĞ" "NEFTÇİ"NI MƏĞLUB ETDİ !

single-news
15 Okt 2006

"QARABAĞ" "NEFTÇİ"NI MƏĞLUB ETDİ !



Yüksək dəstədə çıxış edən komandaların aşağı yaş qrupları üzrə keçirilən birinciliyikdə ikinci turun oyunları keçirildi. İlk turda Qusarın “Şahdağ” komandasını qəbul edən "Qarabağ" gəncləri bu dəfə “Neftçi”-nin qonağı oldu... Bakıxanov qəsəbə stadionunda keçirilən oyunda ilk olaraq meydana 1991-92 –ci il təvəllüdlü yeniyetmələr çıxdılar. Oyuna üstün başlayan komandamız ilk hissənin ortalarında hesabı açdılar. Topu rəqib qapısından Cavid Musayev keçirdi. İkinci hissədə də eyni ssenari üzrə davam edən oyunun son dəqiqələrində meydan sahibləri hesabı bərabərləşdirməyə müvəffəq oldular və oyun 1:1-lik heç-heçə ilə başa çatdı. 1989-90 –cı il təvəllüdlü gənclərin yarışında “Neftçi” “Qarabağ”ın hücumları qarşısında aciz qaldı. Oyunda meydan sahibləri hesabı açsa da, Asif Şərifov ilk hissədə bərabərliyi təmin etdi. İkinci hissədə isə “Qarabağ” üstün futbolu ilə iki dəfə rəqiblərini meydana mərkəzdən başlamağa məcbur etdi- Əvvəlcə Asəf Qasımov, sona 10 dəqiqə qalmış isə Azər Məmmədov rəqib qapısına yol tapdılar. “Neftçi” isə bu qolardan yalnız birinin əvəzini çıxa bildi və oyun 3:2 komandamızın qələbəsi ilə başa çatdı. Komandamız növbəti oyununu 21.10.2006-cı il tarixində “Şəfa” stadionunda “İnter” komandasına qarşı keçirəcək.

Paylaş