“Qarabağ” “Neftçi”yə çatdı, Əfran İsmayılov rekord vurdu (APASPORT.AZ)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
“Qarabağ” “Neftçi”yə çatdı, Əfran İsmayılov rekord vurdu (APASPORT.AZ)
“Qarabağ”ın futbolçusu Əfran İsmayılov karyerasında 2-ci dəfə Premyer Liqada ayın futbolçusu seçilib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu bu mükafatı 1 dəfədən artıq qazanan 4-cü futbolçu olub.
Bununla, yeni rekord müəyyənləşdirən İsmayılov bu titulu 2 dəfə qazanan ilk azərbaycanlı futbolçu adını qazanıb.
2009-cu ili dekabrında və bu ilin fevralında ən yaxşı seçilən İsmayılova qədər yalnız legionerlər belə uğuru bir neçə dəfə əldə etmişdi. Mütləq rekordçu Flavinyo 2010-cu ilin oktyabrında, 2011-ci ilin mart və noyabr aylarında ən yaxşı seçilmişdi.
“Neftçi”nin braziliyalısını izləyən Uinston Parks və Georgi Adamiya 2 dəfə 1-ci olub. Parks ötən il apreldə “Xəzər Lənkəran”ın, oktyabrda isə “Bakı”nın futbolçusu kimi ən yaxşı seçilib. Kosta-rikalıdan fərqli, gürcü eyni komanda ilə bunu bacarıb. 2010-cu ilin aprel, 2011-ci ilin mayında fərqlənən Adamiya yalnız “Qarabağ”da titul qazanıb.
Ayrı-ayrı klublara gəlincə, “Qarabağ” 6-cı dəfə ən ayın futbolçusuna sevindi. Adamiya və Əfranın hərəyə 2 uğurundan başqa, Vaqif Cavadov və Rauf Əliyev də klubu üçün titul qazandırıb. Bununla da “Qarabağ” “Neftçi”yə məxsus rekordu təkrarlayıb. Bakılıların heyətində 3 dəfə Flavinyo, hərəyə 1 dəfə Araz Abdullayev, Bahodir Nasimov və Rəşad Abdullayev fərqləniblər.