“Qarabağ” nominal meydan sahibi oldu
5 May 2022
“Qarabağ” nominal meydan sahibi oldu
Azərbaycan Kubokunun final oyunun püşkatma mərasimi keçirilib. Mərasimdə Peşəkar Futbol Liqasının, “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər.
Püşkdə “Qarabağ”ımız menecer Şahid Həsənov ilə təmsil olunub. Püşkatmaya əsasən komandamız nominal meydan sahibi olub.
Azərbaycan Kubokunun finalı mayın 27-də Qəbələ şəhər stadionunda keçiriləcək.
