"QARABAĞ" NÖMRƏ 1 ! ! !

single-news
23 Yan 2007

"QARABAĞ" NÖMRƏ 1 ! ! !



"Qarabağ" Futbol Klubu infrastrukturun hər sahəsində yeniliklər etməyə, inkşaf etməyə meylli bir klub kimi tanınmışdır. Bu baxımdan, infrastrukturun ayrılmaz hisəsi olan Mətbuat Xidmətinin fəaliyyəti də istasna deyil. Futbolumuzun inkşafının qısa zaman kəsiyində yaradılan www.qarabagh.com rəsmi veb səhifəsi yaşının kiçikliyinə baxmayaraq, bir çox dünya miqyaslı saytlarla rəqabətə girəcək bir səhifəyə çevrilməkdədir. Saytda yerləşdirilən canlı qollar, online mətbuat xidməti və başqa bu kimi bölümlər Azərbaycan miqyasında analogu olmayan və yalnız saytımızda olan hissələrdir. Daim mətbuat üçün açıq olan, onların hər bir istəyinə diqqətlə yanaşan mətbuat xidmətimiz elə mətbuatın özü tərəfindən də zaman zaman qiymətləndirilməkdədir. Hər dəfə komanda haqqında ən operativ məlumat verən sayt kimi birinci seçilən saytımız yenə də birinciliyi saxlamaqdadir. Birinciliyi saxlamaq onu qazanmaqdan çətindir. Biz bunun öhdəsindən layiqincə gəlməyə çalışırıq. Qazanmışıq, indi isə daha məsliyyətli işimizlə bunu saxlamağa çalışırıq. İdman nəşrləri arasında sayılıb seçilən "Futbol+" qəzetinin 23.01.2007-ci il tarixli SAYTINI GÖSTƏR, DEYIM KIMSƏN yazısında da klubumuzun Mətbuat Xidmətinin fəaliyyəti NÖMRƏ 1 olaraq qiymətləndirilmişdir. Yazının klubumuza aid hissəsini olduğu kimi diqqətinizə çatdırırıq: _____________________ Müstəqil Azərbaycan futbolu hələ gəncdi deməyə haqqımız var. Elə futbolun inkişaf səviyyəsi də buna uyğundur. İnkişaf səviyyəsindən söz düşmüşkən, klubların bu sferasını səciyyələndirən əsasa amil onların veb-səhifələridir. Elitada çıxış edən əksər klubların saytı var. Söz ki, bu saytlar dizaynına, operativliyinə, rəngarəngliyinə görə bir-birindən fərqlənir. Apardığım müşahidələrdən sonra sadaladığım tələblərə ən çox cavab verən sayt kimi “Qarabağ”a məxsus ünvanı gördüm. Saytda klub haqda hamını maraqlandıran faktlar yerləşdirilib. Ən əsası da odur ki, səhifə tez-tez yenilənir. Saytın nəzarətçiləri komandanın Antalyadakı çıxışına xüsusi yer ayırıb. Hətta jurnalistlərin işini asanlaşdırmaq üçün saytda “Qarabağ”ın Antalyadakı təlim-məşq toplanışından hər an imkan verən telefon nömrəsi yerləşdirilib. “Qarabağ” azerkeşləri üçün nəzərdə tutulmuş forum ən xoş sözlərə layiqdir. Ağdam klubunun saytında hava haqqında məlumat, valyuta məzənnələri yerləşdirilib. Operativliyi seçilən saytı digər veb-səhifələrdən fərqləndirən ən əsasa cəhət isə Qarabağ torpaqlarının işğal tarixinin göstərilməsidir. Burada dünya futbolunda baş verənlər haqqında da məlumat almaq olar. Amma nəzarətçilər nədənsə slayddan artıq komandanı tərk etmiş Ramal hüseynov və Samir Musayevin şəkilini götürməyi unudub. Haqqında növbəti sayt futbolumuzun tarixini özündə əks etdirən paytaxt klubuna , dörd ölkə çempionu “Neftçi”yə aiddir. Bu saytda da foto-qalareya, azerkeşlər üçün yaradılan forum xoş sözlərə layiqdir. Amma etiraf etmək lazımdır ki, “Neftçi”nin saytı operativliyinə görə “Qarabağ”ınkına uduzur. -----------------------------

Paylaş

// pop up