"QARABAĞ" NÖVBƏTİ MATÇA HAZIRLAŞIR.

single-news
5 Apr 2005

"QARABAĞ" NÖVBƏTİ MATÇA HAZIRLAŞIR.



"Qarabağ" Futbol Klubu növbəti turun hazırlığına bu gün başladı. Yüngül qaçışdan sonra ikitərəfli oyunla məşqi başa vuran komandada əhval ruhiyyənin yüksək olması diqqəti çəkirdi.Legioner oyunçumuz Vladimir Roqanoviçin də həkimin məsləhəti ilə yaxın günlərdə tam komanda ilə məşqlərə başlayacağı dəqiqləşdi. Komandada zədəlilərin sayının artıq olması isə baş məşqçimiz İqor Ponomaryovu narahat edir: " Komandamız həmişə olduğu kimi, bu oyunda da yalnız qələbəyə oynayacaq. Aqil Məmmədovun,Mübariz Orucovun, Samir Abbasovun, son oyunda isə Azər Cabbarovun zədələnməsi bizi narahat edir. Amma komandamızın bütün oyunçuları əsas heyətə layiqdirlər və düşünürəm ki, qarşıdakı oyunda da meydana çıxacaq futbolçularım bunu sübut edəcəklər." Baş məşqçi bundan başqa sarı kartlara görə,İsmayıl Məmmədovun da qarşıdakı oyunu buraxacağını bildirdi.Vitaliy Kovalyov isə əlindən zədələndiyindən iki həftə meydana çıxa bilməyəcək. "MKT-Araz"la oyunda debüt edən İvan Karamanovun isə, oyunundan razı qaldığını bildirən Baş məşqçi, onun hələ komandaya tam uyğunlaşmadığını, yaxın oyunlarda daha da gözəl oynayacağına əmin olduğunu bildirdi. Bir daha diqqətinizə çatdıraq ki, komandamız növbəti oyunu aprelın 8-də "MOİK"lə olacaq.

Paylaş