"QARABAĞ" NÖVBƏTİ MATÇA HAZIRLAŞIR

single-news
9 Sen 2005

"QARABAĞ" NÖVBƏTİ MATÇA HAZIRLAŞIR



"Qarabağ" Futbol Klubu gündə bir dəfə olmaqla məşqlərini davam etdirir. Milli Ylğma komandanın oyunları ilə əlaqədar yaranmış fasilədən maksimum yararlanmağa çalışan komandamız məşqlərini Buzovna qəsəbə stadionunda keçirir. Klubumuzun Baş məşqçisi Elxan Abdullayev artıq komandanın məşqlərinə özü başçılıq edir. Yığmaya cəlb edilmiş Aslan Kərimov və Cahangir Həsənzadə də artıq komanda ilə bir yerdədir. Onlar da komandanın məşqlərində iştirak edirlər. Növbəti oyuna hazırlıqlar da plana uyğun gedir. Komandada əhval- ruhiyyə yüksəkdir. Bunu Baş Məşqçimiz Elxan Abdullayev də təstiqləyir: " Komandamdan razıyam. Verdiyim bütün tapşırıqların öhdəsindən layiqincə gəlirlər. İnanıram ki, növbəti matçda da bunun nəticəsi olaraq, istədiyimizi əldə edə biləcəyik. Rəqib güclüdür. Amma biz də zəif deyilik." Saytımızda növbəti oyun haqqında sorğuda da azarekeşlər fəallıq göstərirlər. Ən çox səs isə, 1:0 hesablı nəticəyə verilmişdir. Sorğunun başa çatmasına isə iki gün qaldı. Sizi daha da aktiv olmağa dəvət edirik.

Paylaş

// pop up