"QARABAĞ" NÖVBƏTİ MATÇA HAZIRLAŞIR. . .

single-news
9 Noy 2005

"QARABAĞ" NÖVBƏTİ MATÇA HAZIRLAŞIR. . .



Azərbaycan Kubokunun 1/8 final ilk oyununda "Xəzər Lənkəran-2" komandası ilə matçdan sonra "Qarabağ" bütün diqqəti Çempionatın növbəti turunda keçiriləcək "Göyəzən"lə matça yönəldib. Kubok matçından sonra bir gün istirahət edən futbolçular artıq məşqlərə başlayıblar. Son matçda zədə üzündən heyətə salınmayan müdafiəçimiz Blazenko Bekavaç və hücumçumuz Samir Musayev də artıq zədələrini sağaldaraq komanda ilə məşqlərə başlayıblar. "Qarabağ" gündə bir dəfə olmaqla Buzovna qəsəbəsindəki stadionda məşqləri davam etdirir. Bu arada Suraxanı qəsəbəsindəki T.İsmayılov adına stadionda da təmir işləri yekunlaşmaq üzrədir. "Qarabağ" uzun fasilədən sonra növbəti turun oyununu məhz Suraxanıdakı meydanda keçirmək niyyətindədir.

Paylaş