"QARABAĞ" NÖVBƏTİ TUR ÖNCƏSİ . . .
20 Okt 2005
"QARABAĞ" NÖVBƏTİ TUR ÖNCƏSİ . . .
Bu gün "Qarabağ" FK Buzovna qəsəbə stadionunda növbəti tur öncəsi son məşqini etdi. İsinmə hərəkətlərindən sonra, ikitərəfli oyunda futbolçularını yoxlayan Baş Məşqçi Elxan Abdullayev matç öncəsi bunları dedi:
"Komandamı bu gün son matç öncəsi ikitərəfli oyunda bir daha nəzərdən keçirdim. Çatışmamazlıqlar üzərində bir qədər də işlədik. Növbəti matça isə bütün oyunlarda olduğu kimi, yenə də qələbə əzmi ilə yollanırıq. Mən heç vaxt proqnoz vermirəm, lakin komandama güvənirəm. İnanıram ki, növbəti matçdan sonra sevinən tərəf biz olacağıq."
21.10.2005-ci il tarixində səhər saatlarında Qubaya yollanacaq "Qarabağ" FK istirahətdən sonra, matçın keçiriləcəyi Quba Olimpiya Kompleksinin stadionunda 16:00 -da bir saatlıq məşq edəcək.
VII tura isə 22.10.2005-ci il tarixində start veriləcək. Həmin gün "Şahdağ" - "Qarabağ" matçı ilə yanaşı, turun digər üç oyunu da keçiriləcək."Karvan" Yevlaxda "MOİK"i qəbul edəcək. Qərb derbisində "Turan" "İnter"i , paytaxt derbisində isə "Bakı" "Gəncə"ni qəbul edəcək.
Aşağıda göztərilmiş qalan üç oyun isə bir gün sonra keçirilərək tura yekun vurulacaq:
«Neftçi» - «Gənclərbirliyi»
«Olimpik» - «MKT-Araz»
«Xəzər-Lənkəran» - «Göyəzən»