“Qarabağ” – “Nyukasl” oyununun hakimləri müəyyənləşdi

single-news
16 Fev 2026

“Qarabağ” – “Nyukasl” oyununun hakimləri müəyyənləşdi



Komandamızın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçirəcəyi ilk matçının təyinatları açıqlanıb. Fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə Norveç və Niderlanddan olan ədalət təmsilçiləri təyinat alıblar.

 

Qarşılaşmanı Espen Eskas idarə edəcək. Yan Erik Enqan və İsaak Elias Başevkin baş hakiminin köməkçiləri olacaqlar. Siqurd Krinqstad dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri Rob Dieperink və Dennis Hiqler olacaqlar.

 

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyun

18 fevral

 

21:45. “Qarabağ” – “Nyukasl”

Baş hakim: Espen Eskas

Baş hakimin köməkçiləri: Yan Erik Enqan, İsaak Elias Başevkin

Dördüncü hakim: Siqurd Krinqstad (hamısı Norveç)

VAR: Rob Dieperink (Niderland)

AVAR: Dennis Hiqler (Niderland)

Tofiq Bəhramov adına Respublika stadionu

Paylaş

// pop up