“Qarabağ” “Nyukasl”la qarşılaşdı

single-news
18 Fev 2026

“Qarabağ” “Nyukasl”la qarşılaşdı



“Qarabağ” – “Nyukasl” – 1:6

 

Komandamız Çempionlar Liqasında növbəti oyunu keçirib. “Qarabağ” pley-off mərhələsində ilk oyununa çıxıb.

 

Futbolçularımız Tofiq Bəhramov adına Respublika stadionunda İngiltərənin “Nyukasl” klubunu qəbul edib.

 

Görüşün ilk yarısı qonaqların üstünlüyü ilə keçib. Nyukasl təmsilçisi Bakıdakı qarşılaşmada fasiləyədək 5 cavabsız qol vurub.

 

İkinci hissədə fəallığı artıran komandamız Elvin Cəfərquliyevun qolu ilə fərqi azaldıb. Qarşılıqlı hücumlarla keçən ikinci yarıda qonaqlar daha bir qol vurub. Beləliklə, İngiltərə klubu qarşılaşmada 6:1 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, bu komandalar arasında cavab matçı fevralın 24-də Nyukasl şəhərindəki “Sent Ceyms Park” stadionunda keçiriləcək.

Paylaş

// pop up