"QARABAĞ" - "OLİMPİK": OYUN ÖNCƏSİ

single-news
21 Okt 2006

"QARABAĞ" - "OLİMPİK": OYUN ÖNCƏSİ



Azərbaycan Çempionatının növbəti turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Olimpik" oyununa saatlar qaldı. Bu gün məşqdən sonra təlim-məşq toplanışına yığılacaq komanda oyun saatını gözləyəcək. Oyun öncəsi komandanın baş məqşçisi və aparıcı futbolçuları oyun haqqında fikirlərini sayıtımızla bölüşdülər: BÖYÜKAĞA AĞAYEV: "Rəqibin kimliyindən asılı olmayaraq, biz hər oyuna məsuliyyətlə hazırlaşırıq. Bu oyun da istisna deyil. "Olimpik" güclü komandadır. Rəqibə hörmət edirik. Lakin futbolçularımın bu oyunda qələbə qazanacağına inanıram. Bu oyunda üç xal çox önəmlidir..." ASLAN KƏRİMOV: "Oyun çətin keçəcək. Rəqib bu il iddiasını daha da artırmış komandadır. Onların bəzi oyunlarını da izləmişik. Deyə bilərəm ki, qalib gəlmək üçün vuruşacağıq..." SAMİR ABBASOV: "Çempionatda məğlub olmasaq da, heç-heçələrlə xallar itirmişik. Bu oyunda qalib gəlməklə turnir cədvəlində bir qədər də irəliləmək, xal eytiyatımızı artırmaq üçün mütləq qalib gəlməliyik.Komandamızın bunun öhdəsindən gələcəyinə inanıram..." HAKAN DEMİR: "Mənim bu komanda haqqında az bilgim olmasına baxmayaraq, öz komandamın daha güclü olduğunu düşünürəm. Komanda daxili ab-hava "Qarabağ"ın hər bir rəqibi məğlub etmək gücündə olduğunun göstəricisidir. Bu oyunda yalnız qələbə üçün meydana çıxacağıq..." İRAKLİ BERAYA: "Sevinirəm ki, yaşıl meydana dönmüşəm. Uzun müddət zədə üzündən futbol oynamamağıma baxmayaraq, bu gün özümü tam hazır sayıram. Komanda yoldaşlarımın, rəhbərliyin köməyi ilə yeddi aylıq fasilədən sonra kubok oyununda debüt etdim. Bu oyunda qol vuraraq özümü göstərməyə, komandanın qələbəsində pay sahibi olmağa çalışacağam..." Xatırladaq ki, oyun 23.10.2006-cı il tarixində,saat 16:00-da Suraxanı qəsəbə stadionunda bərpa işləri başa çatmadığından, T.Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bütün fanatlarımızı komandalarına canlı azakeşlik etmələrinə çağırırıq. İnanın ki, komandamız sizi məyus etməz....

Paylaş