`Qarabağ` `Olimpik-Şüvəlan`ı 2:1-lə keçdi

single-news
26 İyn 2010

`Qarabağ` `Olimpik-Şüvəlan`ı 2:1-lə keçdi



“Qarabağ”ımız avroliqa öncəsi  sonuncu yoxlama oyununu keçirdi. Dünən Bakıya qayıdan komandamız 20.00-da Respubika stadionunda “Olimpik-Şüvəlan”la oyuna çıxdı. Komandamızın çalışdırıcısı Qurban Qurbanov  bu oyunda aşağıdakı onbirliyə şans  vermişdi: Fərhad Vəliyev, Qara  Qarayev, Rəşad Sadıqov, Admir Teli, Maksim Medvedev, Aslan Kərimov, Rəşad Sadiqov, Əfran İsmayılov, Georgi Adamiya, Elvin Məmmədov, Rauf Əliyev.
Komandamız oyuna hucumlarla başladı. Rauf Əliyevin cərimə meydançası üzərindən zərbəsi qapıçıda qaldı. Ardınca Əfran və Elvinin baş zərbəsi alınmadı. 37-ci dəqiqədə isə hesab açıldı. Elvin cərimə meydançasının daxilində topu tora göndərdi.
2-ci yarıda Qurban Qurbanov komandanı tamamilə dəyişdi. Sadəcə Fərhad Vəliyev, Elvin Məmmədov və Qara Qarayev 90 dəqiqə meydanda qaldı. 2-ci hissədə Zaur Həşimov, Ayxan Abbasov, Aftandil Hacıyev, Namiq Yusifov, Natiq Kərimi, Emin İmaməliyev, Tural İsgəndərov, Vüqar Nadirov meydana daxil oldu.
52-ci dəqiqədə isə `Olimpik` hesabı bərabərləşdirdi. Çvetkoviç bərabərlik qoluna imza atdı. Amma komandamız sonuna qədər hucumlarını davam etdirdi. 84-cü dəqiqədə Emin İmaməliyev  `van basten` sayağı möhtəşəm zərbə ilə komandamıza qələbə qazandırdı.
Komandamızda Samir Abbasov və Rəşad Kərimov zədə səbəbindən oyunda forma geyinmədi.

Paylaş

// pop up