`Qarabağ` `Olimpik-Şüvəlan`la qarşılaşacaq

23 İyn 2010
`Qarabağ` `Olimpik-Şüvəlan`la qarşılaşacaq
`Qarabağ`ımız sabah Bakıda olacaq. Yerli vaxtla 16:00-da Ankaranı tərk edəcək komandamız 3 saat sonra paytaxtda olacaq. Komandamızın bu günə `Terek`lə təyin olunmuş yoxlama oyunu Qroznılıların imtinası səbəbindən baş tutmayacaq. Belə də sabah Bakıya dönəcək komandamız növbəti gün paytaxtda yoxlama oyununa çıxacaq. Komandamız İyulun 25-ində axşam 20:00-da `Olimpik-Şüvəlan`la qüvvəsini sınayacaq. Oyun Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.
Avroliqanın 1-ci turundakı ilk oyunun keçirilmə tarixi olan İyulun 1-nə qədər isə komandamız hazırlıqlarımı Bakıda davam etdirəcək. Xatırladaq ki, Avroliqanın 1-ci turunda `Metallurq`la oyun Tofiq Bəhramov adına respublika stadionunda saat 21:00-ada keçiriləcək.