"Qarabağ" - "Olimpiya" matçının biletləri sabahdan etibarən satışda !

single-news
10 Jul 2018 20:19:45

"Qarabağ" - "Olimpiya" matçının biletləri sabahdan etibarən satışda !



Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”ımızın qarşılaşacağı "Olimpiya"yla matçın biletlərini 11 iyul - sabahdan etibarən aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəksiniz. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

Ətraflı məlumatla iticket.az saytından tanış ola bilərsiniz.

Qeyd edək ki, “Qarabağ” - “Olimpiya” matçı iyulun 18-i saat 21:00-da start götürəcək.


Şatış məntəqələri:
T. Bəhramov adına Respublika stadionunun kassaları
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası 28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Paylaş

DON`T FORGET QARABAĞ !