"Qarabağ" - "Olimpiya" matçının biletləri satışda !

"Qarabağ" - "Olimpiya" matçının biletləri satışda !
Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”ımızın qarşılaşacağı "Olimpiya"yla matçın biletlərini 11 iyul - sabahdan etibarən aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəksiniz. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Ətraflı məlumatla iticket.az saytından tanış ola bilərsiniz.
Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.
Qeyd edək ki, “Qarabağ” - “Olimpiya” matçı iyulun 18-i saat 21:00-da start götürəcək.
Şatış məntəqələri:
T. Bəhramov adına Respublika stadionunun kassaları (11:00-20:00)
Asan Xidmət Mərkəzləri (ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt) (I - V: 10:00- 19:00, VI-VII: 10:00-17:00 (Fasilə: 14:00 - 15:00))
Heydər Əliyev Sarayının kassası (11:00-19:00, Fasilə: 14:00-15:00)
28 Mall (10:00 - 22:00)
Gənclik Mall (10:00- 22:00)
Park Bulvar (Qarabağ FK Fanshop) (10:00 - 22:00)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) (10:30-18:30, Fasilə: 15:00-16:00)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) (11:00-19:00, Fasilə: 15:00-16:00)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası) (10:00-18:00, Fasilə: 14:00-15:00)