"QARABAĞ" - OMİK. 2:1
"QARABAĞ" - OMİK. 2:1
"Qarabağ" çempionatda verilmiş fasiləylə əlaqədar olaraq sonuncu yoxlama matçını keçirib. Rəqib isə xəbər verdiyimiz kimi elitanın debütantı OMİK idi.
Komandamızın çalışdırıcısı Qurban Qurbanov hər iki hissədə fərqli 11-liyi meydana buraxdı.
1-ci hissədə mübarizə aparırdılar. Sahil, Muhammed, Aftandil, Maksim, Azər, Aslan, Qoqaberişvili, Viktor, Emin, Artim, Nidal
2-ci hissə: Vadim, Zaur, Zeki, Bayram, Timur, Namiq, Əfran, Murad, Şəhriyar, Vaqif, Zaur R.
Komanamızn düşünülmüş ilk hücumu qolla nəticələndi. Viktor 6-ci dəqiqədə sürəti hesabına qapıçıdan daha cəld tərpənərək hesabı açdı. İlk ayrıda inanılmaz sayda qol şansı yaxalasaq da, hesab dəyişmədi.
İkinci yarı da eyni ssenari ilə davam etdi. Ramazanovun asmasıyla Murad başla hesab arasındakı fərqi artırdı. OMİK-in nadir hücumlarından birində Səfərovun zərbəsi "rekaşet"lə tora daxil oldu.
Belə də oyun 2:1 hesabıyla "Qarabağ"ın xeyrinə başa çatdı.