“Qarabağ” – “Omoniya” oyununu danimarkalı hakimlər idarə edəcək

single-news
24 Noy 2021

“Qarabağ” – “Omoniya” oyununu danimarkalı hakimlər idarə edəcək



UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Qarabağ” – “Omoniya” oyununu danimarkalı referi Morten Krox idarə edəcək.

 

Nils Höq və Steffen Bek Bramsen köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını Yorqen Burxardt yerinə yetirəcək.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” görüşü noyabrın 25-i saat 21:45-də baş tutacaq.

Paylaş