“QARABAĞ” – “ORDUBAŞI”. 2 FƏRQLİ HİSSƏ

single-news
21 Yan 2008

“QARABAĞ” – “ORDUBAŞI”. 2 FƏRQLİ HİSSƏ



“Qarabağ” Futbol Klubu Antalyadakı təlim-məşq toplanışında 4-cü hazırlıq matçını arxada qoydu. Qazaxıstanın yüksək dəstə təmsilçisi “Odubaşı”yla matçda komandamız 2-ci hissədə sərgilədiyi oyunla rəqibini yenməyi bacardı. Matca xüsusi qonaqlarımızın da gəldiyini qeyd edək. Hal-hazırda Antalyada təlim-məşq toplanışında olan “Gənclərbirliyi”nin vitse-prezidenti Vaqif Sadıqov və baş məşqçisi Sabir Əliyev komandayla görüşdükdən sonra oyunu izlədilər.

Xəbər verdiyimiz kimi, komandamızda baxışda olan 4 legionerin yoxlanılması üçün bu oyun böyük əhəmiyyət kəsb edirdi. Təsadüfi deyil ki, Sisse, Simon, Albert, Laki əsas heyətdə Fərhad, Hüseyn, Muhammet, Nodar, Ayxan, Aslan, Kənanla birgə yer almışdı. Belə fərqli heyətlə mübarizə aparmaq istər-istəməz komandanın oyununa təsir etməyə bilməzdi. Kənanın bir epizodunu istisna etsək demək olar ki, qapılar ağzında təhlükəli vəziyyət yaranmadı.

Amma ikinci hissədə Fərhadın yerinə meydana çıxan Osmanı nəzərə almasaq, 4 legionerin yerinə meydana çıxan Vaqif, Murad, Pupo, Qoqa oyunun taleyini köklü dərəcədə dəyişdi. Arda- arda gələn həmlələrin nəticəsi çox keçmədən özünü göstərdi. Xüsusilə fəal olan Qoqanın əla ötürməsini Kənan mötəşəm baş zərbəsiylə tora göndərdi. Qoldan sonra təşəbbüsü əldə saxlayan komandamız 76-cı dəqiqədə növbəti dəfə fərqləndi. Kənanın yerinə meydana daxil olan Rauf sələfinin yoluna davam etdirərək baxımlı qola imza atdı. 18 yaşlı forvard yaşına uyuşmayacaq soyuqqanlılıqla topu həm rəqib həm də qapıçının üstündən aşıraraq tora qovuşdurdu. 81-ci dəqiqə də komandamız fərqi daha da artıra bilərdi. Lakin,  meydana təzəcə daxil olmuş Əfranın zərbəsi tirdən geri qayıtdı. Əvəzində qonaqlar qolların birinin əvəzi çıxa bildilər. Cərimə zərbəsindən sonra dirəkdən qayıdan topu Valyodin qapıdan keçirdi.

Beləliklə, komandamız Antalyada keçirdiyi 4-cü oyununda 2-ci qələbəsini qazandı.

"Qarabağ" - "Ordubaşı" oyunundan MARAQLI ANLAR ....  

 

Paylaş

// pop up