“Qarabağ” “Osiyek”lə qarşılaşacaq

single-news
14 Yan 2026

“Qarabağ” “Osiyek”lə qarşılaşacaq



Komandamız 2025/26 mövsümünün ikinci hissəsinin hazırlığını davam etdirir. Türkiyənin Antalya şəhərində gerçəkləşən təlim-məşq toplanışının planında dəyişiklik edilib.

 

“Qarabağ” hazırlıq prosesi çərçivəsində daha bir yoxlama oyunu keçirəcək. Xorvatiya təmsilçisi “Osiyek”lə matç yanvarın 16-da baş tutacaq.

 

Komandamız həmin gün öncədən planlaşdırıldığı kimi bir deyil, iki oyuna çıxacaq. "Osiyek"lə qarşılaşma yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 12:00-da) başlayacaq.

 

Polşanın "Zaqlebye" klubu ilə matç isə öncədən nəzərdə tutulduğu kimi yerli vaxtla saat 18:00 (Bakı vaxtı ilə saat 19:00-da) start götürəcək.

 

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni (Fərqanə) 5:0 hesabı ilə məğlub edib.

Paylaş

// pop up