`Qarabağ` oynadı, 1 xal yetmədi

single-news
10 Fev 2013

`Qarabağ` oynadı, 1 xal yetmədi



`Qarabağ`ımız qış fasiləsindən sonra ilk duelinə `Qəbələ` ilə çıxdı.
50 günlük fasilədən sonra `Qarabağ`ımız premyerliqanın XIX turunda şimal komandasının qonağı oldu. `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov bu start heyti meydana buraxmışdı: Fərhad Vəliyev, Ansi Aqolli, Rəşad Sadıqov, Admir Teli, Maksim Medvedev, Namiq Yusifov, Qara Qarayev, Muarem Muarem, Əfran İsmayılov, Riçard Almeyda, Vaqif Cavadov.
Göründüyü kimi, `Qarabağ`ımız ənənəvi olaraq 4-5-1 sisteminə üstünlük vermiş, arxa dördlük və orta sahə dəyişməz qalmış, Muarem soldan, Əfran sağdan hücumun sivri ucunda qərarlaşmış Vaqifə dəstək olmalıydı.
Son zamanlar komandamız üçün arzuolunmaz rəqibə çevrilmiş ev sahiblərinə qarşı komandamız oyuna üstün başladı. Topu özündə saxlayan komandamız 4-cü dəqiqədə Maksimlə qapını yoxladı. Rəqibinə topu verməyən komandamız ilk 30 dəqiqədə iki dəfə qola yaxın oldu. Öncə Namiqin çox gedişli kombinasiyasa sonrası qapıya zərbəsi azacıq dəqiq olmadı, Vaqifin pressinqlə oğradığı topa qapıçı bir saniyə tez çatdı. Əfranın boş qapıya zərbə cəhdi isə alınmadı.
İlk yarının son 5 dəqiqəsində ev sahiblıri nisbətən fəallaşdılar. Amma bu heç də vurulan qoldan xəbər vermirdi ki, `qırmızı-qara`ların vurduğu qol kuryoz alındı. Künc zərbəsindən Lukanın zərbəsindən sonra top qapıya elə də ciddi olamyan traktoriya ilə hərəkətlənsə də, Fərhad və Rəşadın anlaşmamazlığı qapımızda oyunun gedişatına uyğun olmayan qola sounclandı.
Dərhal cavab zzərbəmiz gəlsə də, Vaiqifn baş zərbəsi dirəkdən döndü.
2-ci yarıya komandamız eyni heyətlə başladı. Ərazi üstünlüyünü təmamilə ələ alan komadamız ard-arda həmlələrlə qolun yetişdiyini göstərirdi. Və 55-ci dəqiqədə istəyimiz reallaşdı. Riçard yopu ələ keçirərək rəqiblərini bir `sapa düzdü`, ən sonda Vurğun braziliyalını kobudluqla dayandırdı. Penaltini Riçard özü qola çevirərək çempionatda 7-ci qoluna imza atdı.
Hesab bərabərləşdikdən sonra oyunda temp artdı, meydana mübarizə daha da baxımlı oldu. Getdikcə taktiki dəyişikliklər başladı: Əfranın yerinə Vüqar meydana daxil oldu, son 15 dəqiqədə Vaqifin yerinə meydana daxil olan Branimir Subaşiç `Qarabağ`da debüt etdi.
Sonda yenə də ən real qol vəziyyətini komandamız yaratdı. Rəşad Sadıqov bir neçə rəqibini keçib, Vüqar fantastik ötürmə verdi, Nadirovun yerlə ötürməsini isə Riçarddan qabaq müdafiəçilər uzaqlaşdırdı.
Beləliklə, `Qarabağ`ımız olduqca baxımlı futbol sərgiləsə də, 1 xalla kifayətləndi. 3-cü pillədəki yerini qoruyan komandamız eyni zamanda 3 aylıq məlubiyyətsiz seriyasını davam etdirdi.
`Qarabağ`ımız sonuncu dəfə elə `Qəbələ`yə Oktyabrın 31-də 2:1 məğlub olmuşdu.

 

Paylaş

// pop up