`Qarabağ` oyuna hazırdı
28 Avq 2014
`Qarabağ` oyuna hazırdı
`Qarabağ`ımız oyuna hazırdı. Avropa Liqasının play-off mərhələsində `Tvente`nin qonağı olacaq komandamız hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir. Dünən oyunun keçiriləcəyi stadionda 1 saatlıq məşq edən komandamız bugün sonuncu çalışmayla hazırlıqları bitirib.
Komandamız bugün yerli vaxtla 11-də (Bakı vaxtıyla 14:00-da) məşqə çıxdı. Məşqimiz 1 saat davam etdi. Çalışmada Hollandiyaya aparılan 23 futbolçunun hamısı iştirak etdi.
Artıq oteldə olan komandamız oyun saatını gözləyir.
Qeyd edək ki, `Tvente` - `Qarabağ` oyunu Bakı vaxtıyla 22:30-da start götürəcək. Bakıda baş tutan ilk oyunda hesab açılmamışdı.