"Qarabağ" - "Partizani": Akkreditasiya müddəti və şərtləri

single-news
6 İyl 2019

"Qarabağ" - "Partizani": Akkreditasiya müddəti və şərtləri



Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ımızın "Partizani"ylə (Albaniya) ev oyunu və II təsnifat mərhələsinin (Çempionlar Liqası və ya Avropa Liqası) ev oyunu üçün media mənsublarının akkreditasiya əldə etməsi üçün aşağıda qeyd olunanları yerinə yetirməsi rica olunur.

 

1. Oyuna akkreditasiyanı sadəcə geridə qalan mövsüm üçün PFL-də (Peşəkar Futbol Liqası) qeydiyyatdan keçmiş media qurumları ala bilərlər.

2. Qeydiyyatdan keçmək üçün iyulun 12-i saat 18:00-a qədər PFL-dəki qeydiyyat vəsiqəsinin surətini və şəxsi fotosunu (həcmi 0.5 MB az olmayan) garabagh.fc@gmail.com adresinə göndərməsi xahiş olunur. Göndərdikləri zaman yazılı mətbuatdısa qarşısına PRESS, fotoqrafdırsa FOTO, TV əməkdaşıdırsa TV yazmağı rica olunur.

3. Foto akkreditasiyası eyni sistemlə həyata keçiriləcəkdir. PFL- qeydiyyatı olanlar “PRESS” qeydiyyatı ilə yanaşı “FOTO” akkreditəsi də əldə edə bilərlər. (Eyni proses həyata keçirilməlidir: iş vəsiqəsi və fotosunu göndərmək lazımdır. PFL qeydiyyatı )

4 Hər bir KİV-dən maksimum 2 (1 PRESS (TV) + 1 FOTO (Operator)) nəfər qeydiyyatdan keçə bilər. 

 

Qeyd edək ki, "Qarabağ" - "Partizani" (Albaniya) matçı iyulun 17-si, saat 21:00-da "Dalğa Arena"da start götürəcək. 

Paylaş