"Qarabağ" - "Partizani" matçının biletləri satışda !

11 İyl 2019
"Qarabağ" - "Partizani" matçının biletləri satışda !
"Qarabağ"ımız Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçında iyulun 17-si, saat 21:00-da "Dalğa Arena"da Albaniyanın "Partizani" klubunu qəbul edəcək. Artıq qarşılaşmanın biletləri bu gündən etibarən satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.
Biletlərin satış məntəqələr:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulbar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)