«Qarabağ» PFL-ə müraciət etdi (qol.az)

single-news
6 Apr 2011

«Qarabağ» PFL-ə müraciət etdi (qol.az)



Dünən «Qarabağ» klubu «altılıq»dakı üç ev oyununu - «İnter», «Neftçi» və «Bakı»yla matçları Ağdamın Quzanlı qəsəbəsi stadionunda keçirməsinə razılıq verməsi üçün Peşəkar Futbol Liqasına müraciət edib.

Bu haqda Qol.Az-a «Qarabağ»ın direktoru Əmrah Çəlikəl bildirib. Onun sözlərinə görə, artıq «Bakı» Quzanlıya getməklə bağlı rəsmi, «Neftçi» isə şifahi razılıq verib. «İnter» isə bununla bağlı PFL-in verəcəyi qərara uyğun hərəkət edəcəyini açıqlayıb.

Əmrah Çəlikəl Quzanlı stadionunun ot örtüyündəki işlərin yekunlaşmaq üzrə olduğunu söyləyib.

Yaxın günlərdə PFL öz nümayəndələrini Ağdama göndərərək stadionun durumunu öyrənəcək.

Yalnız bundan sonra «Qarabağ»ın «altılıq»dakı üç ev oyununun Quzanlıda keçirilməsinə razılıq verilib-verilməyəcəyi tam dəqiqləşəcək.

 

Paylaş

// pop up