`Qarabağ` Polşada məşqə çıxdı
24 İyl 2013
`Qarabağ` Polşada məşqə çıxdı
`Qarabağ`ımız Glivitsedə sonuncu məşqinə çıxdı. Sabah Avroliqanın II təsnifat mərhələsi çərçivəsində `Pyast`in qonağı olacaq komandamız yerli vaxtla 17:30-da hazırlığa başladı. 19 futbolçunun iştirak etdiyi çalışmada komandamızın baş məşqçisi Qurban Qurbanov futbolçuları elə də çox yükləmədi. Təxminən 1 saat davam edən çalışma yüngül qaçışla başladı. Ardınca ənənəvi `kvadrat` oynayan komandamızın əhval-ruhiyyəsinin yaxşı olması diqqətdən qaçmadı.
Ardınca otelə yollanan komandamız oyun saatını gözləməyə başlayıb.
Ardınca otelə yollanan komandamız oyun saatını gözləməyə başlayıb.
