`Qarabağ` Polşaya yola düşür
27 İyl 2010
`Qarabağ` Polşaya yola düşür
`Qarabağ` Bakıda son məşqini etdi və artıq `Visla` ilə oyuna hazırdır. Bu gün komandamız Polşaya yola düşəcək. Bakı vaxtıyla 20:00-da Krakovda olmağı planlaşdıran komandamız axşam bir məşq keçməyi planlaşdırır.
Komandamızda sadəcə Ayxan Abbasov cəzalıdır. Ayxan Abbasovla yanaşı, Rəşad Kərimov və Tural İsgəndərov da Krakova aparılmayıb. Ümumilikdə, komandamızın baş məşqçisi Qurban Qurbanov Polşaya 20 futbolçu aparacaq.
Komandamız sabah oyun qabağı Bakı vaxtıyla 23:00-da sonuncu məqşini edəcək.
`Visla` - `Qarabağ` oyunu İyulun 29-u Hutnik stadionunda 23:00-da baş tutacaq.