`Qarabağ` - `Portadaun`. 1:1 və növbəti mərhələ. CANLI...

single-news
22 İyl 2010

`Qarabağ` - `Portadaun`. 1:1 və növbəti mərhələ. CANLI...



`Qarabağ` - `Portadaun`. Növbəti zəfər üçün...21:00-da. CANLI...

1` - `Qarabağ` oyuna başladı

3` - Komandamız küncdən zərbəni yerinə yetirdi. ikinci küncdən zərbə.. lakin zərbə güclü deyildi

4` - `Qarabağ`ın hücumu... lakin nəticəsizdir

8` -  Yan xətdən komandamız topu oyuna daxil edir

9` - Raufun qapıya doğru zərbəsini  qapıçı dəf edir

11` - Maksim topu oyuna daxil edir

12` - Oyun `Qarabağ`ın üstünlüyü ilə gedir

14` - Komandamızın növbəti küncdən zərbəsi. Raufun zərbəsi, lakin nəticəsizdir

15` - Adamiyaya qarşı kobudluq. Və hakim cərimə zərbəsi təyin etdi.

16`- Növbəti təhlükəli hücumumuz. Adamiyadan ötürmə və Rəşad Sadiqovun zərbəsi. lakin yenə də nəticəsizdir

18` - Rauf Əliyevin hücumu.. qapıya zərbə.. lakin qapıçı topu dəf edir

19` - Daha bir hücum. Rəşad Sadiqov.. lakin rəqib oyunçular topu oyundan çıxarır

20` - `Qarabağ` növbəti küncdən zərbəni yerinə yetirdi. Lakin hücum alınmadı

22` - Rəqib komandanın hücumu. Fərhad Vəliyev yerindədir.

24` - Oyun `Qarabağ`ın tam üstünlüyü ilə gedir

28` - Komandamız növbəti küncdən zərbəni yerinə yetirdi. `Portadaun` oyunçuları topu meydandan çıxarır

29` - Adamiyanın zərbəsi... Top rəqib komandanın oyunçusuna dəydi

31` - Adamiyanın növbəti uzaqdan zərbəsi.. top meydan çıxır

36` - Komandamız növbəti hücumu. Rauf Əliyev və ona qarşı kobud oyun. `Portadaun` oyunçusu sarı vərəqə ilə cəzalandırılır.

38`- Cərimə zərbəsini Rəşad Sadıqov yerinə yetirdi. Lakin top canlı səddə dəydi

39` - Rəşad Sadiqovun zərbəsi... lakin qapıçı yerindədir

40` - Rauf Əliyevdən sürətli irəliləmə... lakin hücum dəf edilir

41` - Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirdi

42` - Əfran küncdən topu oyuna daxil edir. lakin nəticəsizdir

43` - Rəqib komandanın hücumu və Fərhad Vəliyev çətinlik çəkmədən topu tutur

44` - `Qarabağ`ın əks hücumu... Adamiyanın zərbəsi... qapıçı yerindədir

45` - Rauf Əliyevdən gözəl ötürmə... Əfranın təhlükəli zərbəsi... Lakin top qapının yanından keçir

45+1` - Komandamız növbəti cərimə zərbəsini yerinə yetirir. Rəşad Sadıqov və top oyunçu səddinə dəyərək meydandan çıxır. Və hakim ilk hissənin bitdiyini bildirir

 46` - İkinci hissəyə meyadanın mərkəzindən ` Portadaun` komandasının oyunçuları başlayır

48` - Əfran İsmayılovdan gözəl hərəkətlər. O 3 oyunçunu aldadaraq topu onlara təslim etmir

50` - Əfran İsmayılovdan gözəl ötürmə... Rəşad Sadiqovun çox təhlükəli zərbəsi... lakin azacıq dəqiqlik çatmadı

53` - Rəşad Sadiqovdan ustalıq... yenidən onun təhlükəli zərbəsi...lakin nəticəsizdir

54` - Əfranın hücumu... Rauf Əliyevdən möhtəşəm zərbə... lakin qapıçı topu dəf edir

55` - Rauf Əliyevdən irəliləmə... lakin qapıçı yenə yerindədir

57` - `Qarabağ`ın növbəti hücumu... Adamiyanın ötürməsi  lakin Əfran topa çatmır

58` - Oyun tam komandamızın üstülüyü ilə gedir

59` - Növbəti hücumumuz... lakin top qapıya girmir ki girmir

60` - Əfranın hücumu və qapıya zərbə və top qapının üstündən keçir

62` - Oyun `Qarabağ`ın tam üstünlüyü ilə getsə də, hesab hələki açılmayıb

63` - Oyunda ilk oyunçu dəyişikliyini komandamız etdi. Elvin Məmmədovun yerinə Vüqar Nadirov meydana çıxır

65` - `Portadaun` hücum qurmağa çalışır lakin müdafiəçilərimiz hücumu qırır

68` - Rəqib komandanın hücumu və Rəşad Sadıxov  topu meydandan çıxarır

69` - Adamiyadan çox təhlükəli hücum... zərbə... lakin top meydandan çıxır

70` - Növbəti hücumumuz... Əfran... Əfran... lakin top qapının üstündən keçir

71` - Admir Telinin kobud oyununa görə qapımıza cərimə zərbəsi təyin edilir və rəqib sadəcə bir standart vəziyyətlə topu qapımızdan keçirir. hesab açılır

74` - Əfrandan gözəl oyun... Rəşad Sadiqovun zərbəsi... Yox yox yox... top qapıdan keçmir ki keçmir

76` - Komandamızın növbəti oyunçu dəyişikliyi. Rauf Əliyevin yerinə meydana Aslan Kərimov daxil olur

77` - Rəşad Sadıxov cərimə zərbəsini yerinə yetirərək topu oyuna daxil edir və müdafiəçilər topu uzaqlaşdırır

78` - Komandamız cərimə zərbəsi yerinə yetirir. Əfranın zərbəsi... lakin nəticəsizdir

80` - Növbəti hücumumuz... Vüqar Nadirov... zərbə... və top qapının yanından keçir. Demək olar ki, 100%-lik qol vəziyyəti  gerçəkləşmir

82` - Növbəti hücumumuz. Adamiya ilə Əfranın paslaşması... Əfran İsmayılov... Əfran İsmayılov... Və QOOOOOOOOOOOOOOLLLLLLLLLLLLL!!!!!!!!!!!! Komandamız hesabı bərabərləşdirir

85` - `Portadaun` komandası  ilk oyunçu dəyişikliyini etdi

87` - Əfran küncdən zərbəni yerini yetirir. Aslan Kərimovun zərbəsi və top qapının yanından keçir

89` - Rəşad Sadiqovdan ötürmə və Əfran.... lakin qapıçı topu tutur

90` – Hakim oyuna 3 dəqiqə əlavə edir. Rəqib komandanın növbəti oyunçu dəyişikliyi

90+2` - Adamiyaya qarşı kobud oyuna görə qonaq komandanın oyunçusu sarı vərəqə ilə cəzalandırılır

90 +3` - VƏ oyun başa çatır. `QARABAĞ`ımız növbəti mərhələdədir.

Paylaş

// pop up