`Qarabağ` - `Portadaun`: Hakimlər dəyişdirildi
19 İyl 2010
`Qarabağ` - `Portadaun`: Hakimlər dəyişdirildi
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 22-də, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək `Qarabağ` – `Portadaun` (Şimali İrlandiya) oyununun hakimlərini dəyişdirib. Xatırladaq ki, bu oyuna daha əvvəl polşalı hakimlər təyinat almışdı. Lakin üçüncü təsnifat mərhələsində komandamızın Polşa təmsilçisi `Visla` ilə qarşılaşmaq ehtimalını nəzərə alan UEFA təyinatda dəyişiklik edib. Nəticədə təmsilçimizin oyunu xorvatiyalı hakimlərə tapşırılıb:
Baş hakim: İqor Pristovnik
Baş hakimin köməkçiləri: Sinişa Premuzay, Boşko Vukuşiç
Dördüncü hakim: Vlado Svilokos
(Hakimlər briqadası Xorvatiyadandır)