`Qarabağ` - `Portadaun`. Sonsuz imkanların tək incisi. VİDEO

single-news
23 İyl 2010

`Qarabağ` - `Portadaun`. Sonsuz imkanların tək incisi. VİDEO



`Qarabağ`ımız Avropa liqasınını 2-ci səddini də aşdı. Komandamız səfərdə 2:1 qalib gəldiyi matçın revanşında `Portadaun`u qəbul etdi. Görüş ərzində komandamız sonsuz sayda qol imkanı əldə etsə də, rəqib qapıya ünvanladığı ilk hücumdaca hesabı açdı. Amma həmin gün ən azı 10 dəfə qol vurmağa yaxın olan komandamız meydana toplaşmış 20000 azarkeşə qol sevinci bəxş etməliydi. 82-ci dəqiqədə Aslanın `aslan`sayağı ötürməsindən sonra görüşün fəallarından olan Əfran Adamiya ilə paslaşmalardan sonra nəhayət ki, layiq olduğu qolu vura bildi. Bu Əfranın `Portadaun`la oyunlarda vurduğu 3-cü, cari mövsüm isə 4-cü qolu oldu.

Qolu izləyin və zövq alın:

Paylaş

// pop up