`Qarabağ` - `Portadoun` oyununun biletləri artıq satışdadı
17 İyl 2010
`Qarabağ` - `Portadoun` oyununun biletləri artıq satışdadı
`Qarabağ` - `Portadoun` oyunun biletləri artıq satışdadır. İyulun 22-si Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq Avropa liqasının 2-ci təsnifat mərhələsinin oyunu üçün biletləri mərkəzi arenanın kassalarından eyni zamanda `BöyükFırat` restoranlar şəbəkəsindən əldə edə bilərsiniz.
Stadionun bütün sektorlarında biletlərin qiyməti 1 AZN-dir. `Qarabağ`ın növbəti qələbəsini qeyd etmək istəyən azarkeşlər istədikləri sektora bileti məhz 1 AZN-ə əldə edə bilərlər. VİP C və D bölümləri isə 10 AZN-dir.
`Qarabağ` - `Portadoun` oyunu İyulun 22-si saat 21:00-da keçiriləcək.