“Qarabağ” potensial rəqiblərini yavaş-yavaş tanıyır (apasport.az)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
11 May 2011
“Qarabağ” potensial rəqiblərini yavaş-yavaş tanıyır (apasport.az)
Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq komandalardan bir qisminin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, artıq bu klublardan bəzilərinin püşk zamanı hansı səbətdə yer alacağı da müəyyənləşib.
Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ”ın I təsnifat mərhələsində oynayacağı dəqiqləşib. Çünki “Xəzər Lənkəran”la “İnter” II, bu 2 komanda, həmçinin AZAL I təsnifat mərhələsindən mübarizəyə başlamaq imkanına malikdir. Bu məsələyə isə yalnız NBC Bank Azərbaycan kubokunun mayın 24-də baş tutacaq finalından sonra tam aydınlıq gələcək.
“Qarabağ” püşk zamanı səpələnmişlər sırasında olacaq. Ağdamlıların potensial rəqiblərindən çoxu məlumdur. Onlar arasında Ermənistan təmsilçiləri də var.
Düzdür, püşk öncəsi UEFA komandaları qruplar üzrə də bölür və həmin vaxt 2 ölkə təmsilçiləri ayrı-ayrı qrupa daxil edilə bilər. Lakin hələlik ermənilər potensial rəqiblər sırasındadır.
I təsnifat mərhələsindəki digər komandamıza gəlincə, bu, “İnter” olarsa, komandamız böyük ehtimalla səpələnmişlər sırasına düşəcək. AZAL və “Xəzər Lənkəran” haqda isə bu sözləri demək olmaz.
Səpələnmişlər: “Elfsborq” (İsveç), “Tromse” (Norveç), “Sent Patriks” (İrlandiya), “Qarabağ” (Azərbaycan), “Aktobe” (Qazaxıstan), “Honka” (Finlandiya), “Minsk” (Belarus), “Reykyavik” (İslandiya), TNS (Uels), Xorvatiya, Polşa, Slovakiya, Latviya, Serbiya və 2 Gürcüstan təmsilçisi.
Səpələnməmişlər: “Kliftonvill” (Şimali İrlandiya), “Flyamurtari”, “Vlajnia” (hər ikisi Albaniya), “Trans”, “Kalyu” (hər ikisi Estoniya), “Banants”, “Ulisse” (hər ikisi Ermənistan), “İrtış” (Qazaxıstan), “Vestmannaeyar” (İslandiya), “Runavik”, “Fuqlafyordur” (hər ikisi Farer adaları), “Lusitanos”, “Santa Koloma” (hər ikisi Andorra), Uels, San-Marino, 2 Lüksemburq komandası.
Qeyri-müəyyənlər: “Qlentoran” (Şimali İrlandiya), “Dauqava” (Latviya), Moldova, Macarıstan, Makedoniya, Çernoqoriya, Sloveniya hərəsindən 2, Bosniya və Herseqovina, Litva, Azərbaycan, Malta hərəsindən 1 komanda, Fair-Play hesabına 3 vəsiqənin sahibi.
Qeyd edək ki, avrokubokların ilk 2 təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq. Avroliqada I təsnifat mərhələsinin oyunları isə iyunun 30-da və iyulun 7-də baş tutacaq.