“QARABAĞ” PSİXOLOQA MÜRACİƏT ETDİ...
15 Dek 2007
“QARABAĞ” PSİXOLOQA MÜRACİƏT ETDİ...
Dövrələrarası təlim-məşq toplanışını Antalyada həyata keçirməyi planlaşdıran “Qarabağ” daha bir layihəyə imza atıb. Məlumdur ki, futbolçulara dövrənin sonunda və ya məsul oyunlardan əvvəl psixoloji gərginliyi üzərindən atmaq bir qədər çətin olur. Bunu nəzərə alan Ağdam təmsilçisi psixoloq köməyindən istifadə etməyi qərara alıb. Dünən komandanın gənc üzvləri ilə görüşən BDU-nun sosial elmlər və psixologiya kafedrasının müdiri Svetlana Məcidova onlara vacib oyunlara köklənmələri, eləcə də motivasiya ilə bağlı söhbət aparıb. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovdan aldığımız məlumata görə, komanda gələcəkdə də psixoloq köməyindən istifadə eəcək.