"Qarabağ" - "Pyast" 1:1

single-news
23 Yan 2019

"Qarabağ" - "Pyast" 1:1



"Qarabağ"ımız Antalayda davam edən qış təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama matçını keçirib. Komandamız Polşanın "Pyast" klubuyla qarşılaşıb və 1:1 hesablı heç-heçə qeydə alınıb.

 

"Qarabağ"ımızın start heyəti: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 9. Araz Abdullayev, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 88. Rafael Məhərrəmli

 

 

1` Matç başladı...

9` Rəqib hesabı açır 0:1

15` Araz Abdullayev topu qapıya göndərərək hesabı bərabərləşdirir.

45` İlk hissə 1:1 hesabıyla başa çatdı.

46` İkinci hissə başladı...

46` İkinci hissəyə komandamız 2 dəyişikliklə başlayıb: Qolkiper Vaqner da Silvanın əvəzinə Hannes Halldorsson, Riçard Almeydanın əvəzinə Filip Ozobiç meydana daxil olur.

67` Komandamızda əvəzetmələr: Yakub Jezniçak, Abbas Hüseynov, Ansi Aqolli, İnnosent Emeqara, Rafael Məhərrəmli, Qara Qarayev meydanı tərk edir, onların yerinə Bədavi Hüseynov, Maksim Medvedev, Donald Gerrye, Mahir Mədətov, Dani Kintana və Hacıağa Hacılı oyuna daxil olur.

90` Matç 1:1 hesabıyla başa çatdı.

Paylaş