`Qarabağ` `Qalatasaray` və `Bordo`nu da geridə qoydu

single-news
3 May 2011

`Qarabağ` `Qalatasaray` və `Bordo`nu da geridə qoydu



`Qarabağ` irəliləməkdə davam edir. Azərbaycanımızın Avrokuboklarda yeganə uğurlu təmsilçisi və beynəlxalq aləmdə ölkəmizə təkbaşına reytinq qazandıran `Qarabağ`ımız daha da yuxarıya qalxıb. Dünyanın məşhur Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) yeni reytinq cədvəlini açıqlayıb. Son aylarda müntəzəm olaraq irəliləyən `Qarabağ`ımız  daha 9 pillə irəliləyərək dünyanın ən güclü klubları sırasında 209-cu pilləyə qalxıb. `Qarabağ` 82 xalla bu pilləni Qətərin `Əl-Sədd`, Meksikanın `San Luis` klublarıya bölüşüb. `Qarabağ`ımız reytinq siyahısında irəliləməklə Fransanın `Bordo`, İngiltərənin `Everton`, Türkiyənin `Qalatasaray` kimi dünyanın tanınmış komandaları geridə buraxıb.
Siyahıya ispan nəhəngləri `Barselona` və `Real` başçılıq edir. İlk 3-lüyü cari mövsüm olduqca uğurlu çıxış edən `Portu` tamamlayır.

Paylaş

// pop up