`Qarabağ` qanvermə aksiyasında iştirak etdi
21 May 2010
`Qarabağ` qanvermə aksiyasında iştirak etdi
`Azersun Holdinq` və Azərbaycan Resbublikası Səhiyyə Nazirliyinin nəzdində olan Mərkəzi Qan Bankının birgə təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. Artıq ənənə halına aksiya 4 ildir ki baş tutur. Talassemiya xəstəliyindən əziyyət çəkənlər üçün nəzərdə tutulan kompaniya `Azərsun Holdinq`in mədəniyyət mərkəzində baş tutub və çoxlu sayda qatılımla reallaşıb. `Qarabağ` Futbol Klubu da bu xeyirxah aksiyaya biganə qalmayıb. Belə ki, ötən il olduğu kimi bu dəfə də `Qarabağ`ımız bu aksiyada iştirak edib. Mövsüm başa çatdığından komanda istirahətə yollanıb. Belə də, `Qarabağ`ımızın idari və inzibati heyəti qanvermə kompaniyasına qoşularaq qan veriblər.