`Qarabağ` qanvermə aksiyasında iştirak etmişdir
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
19 İyn 2012
`Qarabağ` qanvermə aksiyasında iştirak etmişdir
`Qarabağ` Futbol Klubu daha bir sosial aksiyada iştirak etmişdir. Belə ki, `Azərsun Holdinq`də ənənəvi qanvermə aksiyası keçirilmişdir. Artıq ənənəyə çevrilən aksiyaya Holdinqin geniştərkibli heyəti də qatılmışlar. `Azərsun Holdinq` və `Qarabağ` Futbol klubunun prezidenti cənab Abdolbari Goozal da bu xoşməramlı tədbirdə iştrak etmişdir. Goozal bəy tədbirdə çıxış edərək belə xeyirxah tədbirin əhəmiyyətindən danışaraq yer üzərində yaşayan hər bir insanın maddiyatından asılı olmayaraq öz mənəvi dəstəyini göstərməsinin vacibliyindən danışdı. Verdiyimiz qanın hər hansısa insanın həyata qayıtmasına yardım etməsini düşünmək belə mənəvi dünyamızı genişləndirən amil kimi qiymətləndirdi. Ardınca Goozal bəy qan verərək aksiyaya daha aktiv dəstək oldu.
`Qarabağ`FK-nın kollektivi də aksiyada fəal iştirak ediblər. Klubumuzun idari, texniki və inzibati heyəti ehtiyacı olanlar üçün qan veriblər.
`Qarabağ`FK-nın kollektivi də aksiyada fəal iştirak ediblər. Klubumuzun idari, texniki və inzibati heyəti ehtiyacı olanlar üçün qan veriblər.